Страницы

13.12.2017

ABŞ dövləti 5-ci nəsil qırıcı-bombardmançı F-35 təyyarəsinin düzəldilməsinə 1,5 trilyon dollar pul sərf etmişdir. Lakin hazırlanıb orduya veriləndən sonra üzə çıxdı ki, təyyarə deffektdir. O öz daşıdığı aviabomba və raketlərlə normal inteqrasiya olunmur. Təyyarədəki Qatlinq pulemyotundan düzgün atəş açmaq alınmır. Saxlandığı anqar isti olmalıdır, yoxsa təyyarənin kompüterləri donaraq işə düşmür. Sürətlə uçarkən quyruq hissəsi həddən artıq qızır. Təyyarənin radar sistemi hədəfi tez-tez itirdiyindən və əmrləri mütəmadi yerinə yetirmədiyindən təkmilləşdirilməlidir. Konstruktorlar təyyarə kabinəsinin pəncərəsinə az yer saxlayıb bildirmişdilər ki, pilotun başına keçirilmiş şlemin gözlüyündən ətrafı hərtərəfli görmək olacaq, amma sınaqlar göstərdi ki, döyüş şəraitində həmin şlem yaxşı işləmir və pəncərədən real görüntü olmasa normal uçuş həyata keçirmək mümkün deyil. Pilotlar F-35-i yağışlı havada sürəndə Allaha yalvarırlar ki, ildırım çaxmasın: ildırım təyyarəni kəllə-mayallaq edir. Yanacaq bakına xırda mərmi qırıntısının dəyməsi kifayətdir ki, təyyarə alışsın. Təyyarənin katapultu da deffektlidir: çəkisi 61 kq-dan az olan pilotlar katapult edərkən qol-qıçları sınır. Təyyarənin idarəetməsinin interfeysində də tez-tez problemlər yaranır.        (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий