Страницы

13.12.2017

ABŞ dövləti 5-ci nəsil qırıcı-bombardmançı F-35 təyyarəsinin düzəldilməsinə 1,5 trilyon dollar pul sərf etmişdir. Lakin hazırlanıb orduya veriləndən sonra üzə çıxdı ki, təyyarə müasir döyüş tələblərinə cavab vermir. Tərcübəli pilotlar bildirirlər ki, F-35-ə qoyulmuş yöndəmsiz top təyyarənin döyüş qabiliyyətini azaldır. The Naçional İnterest amerikan portalının ekspertlərinin fikrincə, F-35 Rusiya təyyarələrinə yalnız o halda sinə gərə bilər ki, onlara çox yaxınlaşmasın və döyüşü kənardan aparsın. Xatırladaq ki, Rus təyyarələrindən fərqli olaraq ABŞ təyyarələri yaxın məsafədə döyüşə bilmirlər. Yaxın məsafədə döyüş ABŞ təyyarələri üçün ona görə xarakterik deyildir ki, onların manevrliliyi çox azdır. ABŞ təyyarələrindən fərqli olaraq Rus təyyarələrinə yüksək manevrlilik xasdır: Rus təyyarələri göydə “rəqs” edir, hətta bir nöqtədə dayanıb dura bilir ki, bu da ona atılmış raketin trayektoriyasını azdırır. Rusların hətta köhnə Su-27 və Miq-29 təyyarələri ABŞ-ın 5-ci nəsil təyyarələrindən qat-qat manevrlidirlər. ABŞ-ın F-22 və F-35 təyyarələrinə manevr etmək üçün böyük bir məsafəni dolanıb qayıtmaq lazımdır. ABŞ təyyarələrinə ona görə uzaq məsafədə döyüşmək sərfəlidir ki, böyük məsafə cızaraq atılan raketdən qaça bilsinlər.
(İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий