Страницы

14.12.2017

ABŞ-ın ağır yükdaşıma vertolyotları da öz göstəricilərinə görə Rus təyyarələrinə çata bilmir. Hal-hazırda ABŞ ordusunun əsas yükdaşıyan vertolyotu CH-53, Rusiya ordusunun əsas yükdaşıyan vertolyotu Mi-26 vertolyotudur. CH-53 vertolyotu 15,9 ton yük götürə bildiyi halda, Mi-26 vertolyotu 20 ton yük götürür. CH-53 vertolyotu 55 desantçı daşıdığı halda, Mi-26 vertolyotu 70 desantçı daşıya bilir. CH-53-ün içinə 1 zirehli maşın yerləşdiyi halda, Mi-26-nın içinə 2-si yerləşir. Amerikan vertolyotundan fərqli olaraq Rus vertolyotu tank və top da daşıya bilir və onu yanğın söndürülməsindən tutmuş montaj işlərinə kimi istifadə edirlər. Tam yüklənmiş Rus vertolyotu 475 km yol getdiyi halda, amerikan veryolyotu cəmi 204 km adlaya bilir. Mi-26-dan fərqli olaraq CH-53 vertolyotunun qiyməti də həddən artıq bahadır; hal-hazırda bu vertolyotun qiyməti o qədər artmışdır ki, ABŞ-ın F-35 hücumçu təyyarəsinin qiymətinə çatmışdır. Hesablamalar göstərir ki, ABŞ-ın 1 ədəd CH-53 transport vertolyotunun qiymətinə Rusiyadan 5 ədəd Mi-26 transport vertolyotu, hələ üstəlik 1 ədəd də Yak-130 təlim-döyüş təyyarəsi almaq olar! (İ.Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий