Страницы

14.12.2017

Amerikanların rus döyüş vertolyotlarına bərabər vertolyotlar yaratmaq yolunda bütün cəhdləri uğursuzluqla nəticələnmişdir. Rus vertolyotları tipli “Komanç” kəşfiyyat-hücumçu vertolyotunun yaradılmasına ABŞ dövləti 40 milyarda yaxın pul sərf etdi. 2006-cı ildə 1292 ədəd belə vertolyot istehsal edib orduya vermək planlaşdırılmışdı. Lakin 2004-cü ildə ABŞ hökuməti “Komanç” proqramını bağlamalı oldu. İraq və Əfqanıstan müharibələrinin təcrübəsi göstərdi ki, bu vertolyotun qara qəpiklik də dəyəri yoxdur. Ordu komandanlığı əvvəl-axır pilotlara bu çətin təyyarədə uçmağı öyrədə bilmədi. “Komanç” rusların məşhur “Qara Akula” vertolyotu kimi manevrli və döyüşkən ola bilmədi. “Qara Akula”nı zirehinin möhkəmliyinə görə “Uçan tank” da adlandırırlar, amerikanların “Komanç” vertolyotunun isə yalnız pilotlar oturan hissəsi möhkəm zirehə bürünmüşdür. Vertolyot güllə və mərmi atəşinə çox həssasdır. “Komanç” hava döyüşü üçün qətiyyən yaramır, belə ki cəmi 2 “hava-hava” tipli “Stinger” idarəolunan raketinə malikdir. Rusların “Qara Akula”sının 16 “Vixr” idarəolunan raketi vardır ki, bu raketlərlə həm tankları, həm də vertolyotları vurmaq olur. Bundan başqa, “Qara Akula”ya tanklarda olan top da quraşdırılmışdır ki, bu onu amerikan vertolyotlarından daha dağıdıcı və qüdrətli edir. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий