Страницы

16.12.2017

Analiz göstərir ki, Rusiyanın T-90 tankının zirehinin keyfiyyəti İsrailin “Merkava” tankının zirehindən qat-qat güclüdür, bu səbəbdən T-90 tankının həm korpusunun, həm də qülləsinin ballastik dözümlüyü daha çoxdur. İsrail hərbçiləri özləri də deyirlər ki, “Merkava” rəqibin canlı qüvvəsi ilə döyüşdə yaxşıdır, zirehli texnika ilə döyüşə yaramır. İsrail konstruktorlarının “Merkava”nın zirehini T-90-ınkı qədər dözümlü etmək cəhdləri göstərdi ki, gərək tankın çəkisi artaraq 80 tona çatsın, ona görə də bu ideyadan vaz keçildi. Xatırladaq ki, İsrailin “Merkava” tankı 70 ton, Rusiyanın T-90 tankı 48 tondur. “Merkava” T-90-dan yarım metr hündürdür, bu isə onun maskirovka xüsusiyyətini azaldır və döyüş meydanında daha çox nəzərəçarpan edir. O cümlədən, T-90 tankı üçün xüsusi “Nakidka” maskirovka komplekti hazırlanmışdır ki, bu örtük tankı optik, istilik və radiolokasion cihazlar üçün görünməz edir. İsrail konstruktorları Rusiya tanklarında olan dinamik örtük də düzəldə bilmirlər. T-90 tankında olan dinamik ortüyün dünyada analoqu yoxdur; bu örtük tankı həm kumulyativ, həm də zirehdeşən mərmilərin zərbəsindən yetərincə qoruyur. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий