Страницы

16.12.2017


İsrailin “Merkava” tankında Rusiyanın T-90 tankındakı kimi avtomatik mərmi doldurma sistemi yoxdur, bu səbəbdən ona da ABŞ-ın “Abrams” tankı kimi 4 nəfər heyət üzvü götürmək lazım gəlir. Avtomatik mərmi doldurma sisteminin olmaması dalbadal atəşi gecikdirir. T-90-nın avtomatik mərmi doldurma sistemi belədir ki, doldurucunun yorğun, yaralı və ya ruhdan düşməsindən asılı olmayaraq tank dəqiqədə 8 atəş açır. T-90 tankında mexanik-sürücü ortada oturduğundan bütün tərəfləri açıq-aydın görür, amma “Merkava”da mexanik-sürücü sol tərəfdə oturduğundan sağ tərəfi tam görmür, bu isə maneələri adlayarkən tankın hərəkətini çətinləşdirir. T-90 heyətinin minib-düşməsi üçün cəmi 8-12 saniyə vaxt lazımdır, amma “Merkava” heyətinin minib-düşməsi bir xeyli vaxt aparır, çünki mərmi dolduranın öz ayrıca lyuku yoxdur, komandir lyuku isə çox ağır açılıb örtülür. T-90 tankının buldozer çalovu vardır ki, onun sayəsində tank 20-30 dəqiqə ərzində həm əsgərlər üçün, həm də öz daldalanması üçün enli səngər qaza bilir. “Merkava”da bu yoxdur. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий