Страницы

09.12.2017

Bürhan Heşməti:
-Əgər sionist rejim doğrudan da Azərbaycan Respublikasında xəstələrin müalicəsini qarşıya məqsəd qoymuşdusa, nə üçün ölkədə müstəqilliyin başlanğıcından xəstələrə, müharibəyə məruz qalanlara, Qarabağ əlillərinə yardım göstərmədi? Həmin dönəmdə Azərbaycan Respublikasında tibbi yardım yalnız pul xərcləmək və məşəqqət idi, kiməsə imtiyaz vermirdi. O zaman İranın Qırmızı Aypara və İmam Xomeyni Yardım Komitəsi Azərbaycan xalqına köməyini əsirgəmədi. O dövrdə sionist rejim böyük məqsədlərə çatmaq üçün plan cızırdı. İsrail Azərbaycan Respublikası ilə səhiyyə həmkarlığı barədə razılaşma imzalamışdı və bu razılaşma formal xarakter daşıyırdı. Bir neçə il ötəndən sonra Azərbaycan prezidenti Heydər Əliyevin hərbi mərasimdə ürəyi tutanda Türkiyə, Amerika kimi İsrail də bu hadisədən bəhrələnməyə çalışdı. Heydər Əliyev həmin razılaşmanı xəstə çarpayısında imzaladı. Bu barədə Azərbaycanın rəsmi xəbər agentliyi AzerTag-da məlumat verildi. Yəni sionist rejim ötən iki onildə, Azərbaycan vətəndaşlarının müalicə üçün İrana müraciəti artana qədər bu sahəyə diqqət ayırmayıb. Xəstələrin kütləvi şəkildə İrana müraciəti İsraili hərəkətə gətirib, sionist rejim Bakı dövlətindəki adamları vasitəsi ilə müalicə səfərlərinə mane olmağa başlayıb. Bunun ardınca sionist rejim Azərbaycan Respublikasında böyük müalicə mərkəzi yaratmaq qərarına gəldi. Azərbaycan dövləti buna dəstək olaraq İranın Bakıdakı İmam Əli Klinikasını və humanitar mərkəzini bağlamağa qərar verdi. Bu mərkəzlər İmam Xomeyni Yardım Komitəsinin çətiri altında idi. Azərbaycan dövləti İmam Xomeyni Yardım Komitəsinin Bakıda və regionlarda bütün fəaliyyətlərini qadağan etdi və hal-hazırda komitənin Azərbaycanda heç bir fəaliyyəti yoxdur. İran İslam Respublikasının Qırmızı Aypara Klinikası Bakıda dövlət tərəfindən ciddi təzyiqlər altında fəaliyyətini davam etdirir.

Комментариев нет:

Отправить комментарий