Страницы

09.12.2017

Bürhan Heşməti:
-Tehran, Təbriz və Ərdəbildə tibb müəssisələrinə çoxsaylı Azərbaycan vətəndaşlarının müraciəti sionist rejimi narahat edir. İsrailin Azərbaycan Respublikasındakı təmsilçisi Bakı mediasında mövzu ilə bağlı ölkəsinin narahatçılığını açıq dilə gətirir. Hətta İran səhiyyəsinin yetərsizliyi barədə təbliğat aparır. Amma Azərbaycandan İran tibb mərkəzlərinə müraciət edən xəstələr və onların yaxınları bu səfərlərin səmərəsini gördüyündən anti-İran və İsrailə bağlı şəbəkələrin təbliğatı təsirsiz oldu. Azərbaycandan İran tibb müəssisələrinə müraciət edənlərin sayı artmaqda idi. Amma təqribən iki il öncə sionist rejim bu sahəyə birbaşa müdaxilə etdiyindən İrana müalicəyə gələn azərbaycanlıların sayı hiss ediləcək dərəcədə azalıb. Sionist rejim Azərbaycan Respublikasında tibb və əczaçılıq sahəsinə nəzarətini gücləndirmək üçün Xorev adlı elmi mərkəz vasitəsi ilə prezidentin xanımı Mehriban Əliyevanı təltif edib. Bu addım Mehriban Əliyevanın Azərbaycanda tibbə böyük dəstəyi ilə əlaqələndirilib. Bu mükafatlandırmada Bakı Onkologiya Mərkəzinin də iştirakı olub. Bu sahədə İsrailin Xorev İnstitutu Milli Onkologiya Mərkəzi ilə həmkarlıq razılaşması imzalayıb. Bu razılaşmadan ötən iki ildə səhiyyə sahəsində Bakı-Tel-Əviv münasibətləri daha da dərinləşib, sionist rejim azərbaycanlı xəstələrin İrana müraciət etməməsi üçün xüsusi layihə həyata keçirib. 2016-cı ilin avqust, sentyabr aylarında haqqında danışdığımız razılaşma əsasında İsrailin “İsrail Qadın Sağlamlığı Mərkəzi”, “Xorev Tibb Mərkəzi”, “Hayfa şəhərinin sinə cərrahiyyəsi institutu” Bakıya, Gəncəyə, Mingəçevirə, Şəkiyə xüsusi tibbi personel ezam edib. Bu şəhərlərdə xəstə qadınlar pulsuz müayinədən keçirilib. Bakı və Tel-Əviv rəsmiləri müayinələrin pulsuz olması barədə açıqlama versə də, bütün xərclər Azərbaycanda çox tanınmış Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilib. Heydər Əliyev Fondundan əlavə başqa bir qeyri-hökumət təşkilatı, RİİB kimi tanınan Regional İnkişaf İctimai Birliyi də sionist rejimin tibbi mərkəzlərinin Azərbaycandakı layihələrini maliyyələşdirib. Layihə çərçivəsində İsrail tibb mərkəzləri qadınların pulsuz müayinə və analizini həyata keçirib. Azərbaycan baş nazirinin birinci müavini Abid Şərifov İsrailin tibb layihələrinin icrasında yaxından iştirak edir. Hətta ürək çatışmazlığına görə Şərifov özü işğal olunmuş Fələstin torpaqlarında müalicə alıb. Bakı mediası Abid Şərifovun İsraildə müalicəsini geniş işıqlandırıb. Bakıda keçirilən mətbuat konfranslarından birində İsrailin tibb layihəsi barəsində bildirilib ki, Azərbaycanın bir çox regionlarından qadınlar müalicə üçün kömək istəyib. Vurğulanıb ki, bu layihə həmin müraciətlərin təmin olunması üçün həyata keçirilir və Heydər Əliyev Fondunun himayəsi ilə layihə təkmilləşdirilir. İsrailin Xorev tibb mərkəzinin baş həkimi Roman Barak Azərbaycanda onlar üçün yaradılan şəraitə görə Azərbaycan prezidentinə təşəkkür edib və belə layihələrin icrasının davam etdiriləcəyini bildirib.






Комментариев нет:

Отправить комментарий