Страницы

11.01.2018

Deputat dollar kreditlərinə görə üsyan etdi: Təklifləri atdılar arxa yeşiyə

“Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılandan sonra hesab edirdim ki, Palata banklarla ciddi məşğul olacaq, bankların borcları, likvidlik, kredit portfeli ilə bağlı məsələləri həll edəcək. Çox təəssüflər olsun ki, biz bunu görmədik”.
Sputnik.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, deputat Vahid Əhmədov deyib. O bildirib ki, banklarda kredit faizləri yüksək olaraq qalır. Millət vəkili faiz məsələsinə də diqqət çəkib: “28-30 faizlə insanlara kredit verirlər. Banklarda vaxtı keçmiş kreditlərin həcmi azalmaq əvəzinə artır. 2016-cı ildə problemli kreditlərin həcmi 1,6 milyard manat idisə, hazırda bu 1,8 milyard manatı keçib”.
“Düzdür, Mərkəzi Bank pul kütləsinə müəyyən nəzarəti həyata keçirir, manatı qoruyub saxlayır. Bu, müsbət haldır. Amma bank sistemində biz niyə sağlamlaşdırmaya nail ola bilmirik? Cənab prezident də çıxışında demişdi ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatına ən böyük ziyanı banklar vurub” Vahid Əhmədov vurğulayıb.
“Dəfələrlə təklif etmişəm ki, bank sektorunun təmsilçiləri Milli Məclisə dəvət olunsunlar. Onlar bizə məlumat versinlər ki, bu proses nə qədər uzanacaq? Banklarla söhbət edək ki, niyə görə kredit faizləri həddən artıq yüksəkdir? Vaxtı keçmiş kreditlərin həcmi niyə get-gedə artır? Bunu necə siləcəklər? Perspektivdə nəsə varsa, biz də bilək” -o əlavə edib.
Deputatın sözlərinə görə, bu, Azərbaycan iqtisadiyyatına təsir edən amillərdən biridir: “Əli Məsimli ilə də birlikdə dollarla olan kreditlər barədə təkliflər verdik. Amma atdılar arxa yeşiyə, heç onlara baxan da yoxdur. İnsanlar kreditlərini verə bilmir. Bununla əlaqədar məhkəmələrdə nə qədər iş var. İnsanların maşınların, evlərin, mülklərin əllərindən alırlar, həbs qoyurlar. Biz bu sistemlə əhalini özümüzdən küsdürə bilərik axı”.

Комментариев нет:

Отправить комментарий