Страницы

11.01.2018

Myanma krizisinin arxasında Soros durur

Myanmada müsəlmanlara qarşı başladılan təzyiqlər və cinayətlər bir müddətdir ki, dünya mediasının gündəm mövzularındandır. Bölgəni araşdıran ekspertlər krizisin arxasında bəzi beynəlxalq qüvvələrin olduğunu bildirirlər.
Rusiyanın Xalqlar Dostluğu Universitetinin Strateji Araşdırmalar İnstitutunun müdir müavini Dmitri Eqorçenkov Çin və Myanma hökumətləri arasındakı enerji əməkdaşlığından sonra Vaşinqton rəhbərliyinin də hərəkətə keçdiyini açıqlayıb.
ABŞ-ın Corc Sorosun maliyyələşdirdiyi “Burma Vəzifə Gücü” adlı təşkilatdan istifadə etdiyini diqqətə çatdıran Dmitri Eqorçenkov bu barədə fikirlərini belə ifadə edib: “Bu təşkilat 2013-cü ildən bu günə qədər Myanmada baş verənləri etnik azlıqlara qarşı etnik soyqırım olaraq tanıtmağa çalışır. Sorosun Myanmanın daxili problemlərinə müdaxiləsi krizisi daha da dərinləşdirir”.
Dimitri Eqorçenkov 2003-cü ildə “Təmas Gücü” adlı hərəkata qatıldığını xatırladaraq ABŞ-da “Kölgə Xarici İşlər Nazirliyi” olaraq bilinən CFR-nin “Burma Dəyişmə Zamanı” adlı hesabat hazırladığını sözlərinə əlavə edib. “Hesabatda ABŞ və beynəlxalq təşkilatlara Myanma krizisinə daxil olmaq çağırışı edilmişdi” -deyə Dimitri Eqorçenkov vurğulayıb.
Myanmanın Arakan bölgəsində baş verənləri şərh edən Rusiya Federasiyası Elmlər Akademiyası Şərqi Araşdırmalar İnstitutunun Cənub-Şərqi Asiya, Avstraliya və Sakit Okean ölkələri üzrə direktoru olan Dmitri Mosyakov krizisin 3 hissəli olduğunu bildirib: “Birincisi Çin Myanmaya çox maliyyə vəsaiti ayırdığı üçün bu Çinə qarşı oyundur. İkincisi Cənub-Şərqi Asiyada müsəlman azlıqların radikallaşmasını istəyirlər. Üçüncüsü isə ASEAN ölkələri arasında qarşıdurma yaratmaq istəyirlər. Bu ölkələr əsas Malayziya və İndoneziyadır”.
Dimitri Mosyakov Myanma müsəlmanlarının yaşadığı bölgədə geniş hidrokarbon rezervi olduğunu xatırladaraq, krizisdən Cənub-Şərqi Asiyanın sabitliyini pozmaq üçün xarici qüvvələr tərəfindən istifadə olunduğunu qeyd edib.

eastnews.org

Комментариев нет:

Отправить комментарий