Страницы

17.03.2018

A kişi

İlqar Bədəlov

Necə dil-dil ötuşub, yaltağ adamsan, a kişi,
Həyasız, ardan uzaq, sarsağ adamsan, a kişi!

İşləyir hər səhər-axşam qara qul tək camaat,
Sən isə hazıra nazir, ağ adamsan, a kişi.

De səni hansı ata əkdi, gətirmiş həyata,
Yaşayırsan, elə bilmə sağ adamsan, a kişi.

Hələ it tək sülənirsən, bir utan bax boyuva,
Çəki yuzdən yuxarı, çatlağ adamsan, a kişi.

Səni təhqir eləyir, sən kimə xidmət edən o,
Əyilirsən elə bil- axsağ adamsan, a kişi.

Harda bir alçaq əməl varsa düşürsən qabağa,
Mənliyin dəfn olunub, qorxağ adamsan, a kişi.

Neçə illərdi ki, hər gun tüpürürlər uzuvə,
Zövq alırsan, necə bir əxlaq adamsan, a kişi!

Uşağın çöldə xəcalətlə baxır dostlarına,
Boyun hündürdü, amma alçağ adamsan, a kişi.

Vur qulaq ardına İlqar dediyi sözlərini,
Hamı mənsiz də bilir axmağ adamsan, a kişi.

Комментариев нет:

Отправить комментарий