Страницы

20.06.2018

1921-ci ildə Türkiyə Respublikası faktiki olaraq məhv olmaq təhlükəsi ilə üz-üzə qalarkən Rusiya hökuməti 2 il ərzində Novorossiysk, Tuapse və Batumi limanları vasitəsilə Türkiyəyə 39 min tüfəng, 327 pulemyot, 54 top, 63 milyon patron, 147 min mərmi və s. göndərmişdir. Şərq sərhədlərindən Türkiyəyə 1918-ci ildə rus ordusundan qalan hərbi təchizat yola salınmışdır. Ruslar tərəfindən Ankarada 2 barıt fabriki qurulmuşdur. Bunlardan əlavə, Rus diplomatik missiyası Türkiyəyə 200,6 kiloqram qızıl (külçə halında) vermişdir. Mixail Frunze Trabzonda olarkən valideynlərini cəbhədə itirmiş uşaqlar üçün sığınacaq tikintisi üçün Türkiyə hökumətinə 100 min qızıl rubl hədiyyə etmiş, Semyon Aralov isə tipoqrafiya və kinoqurğuların əldə olunmasına 20 min lirə bağışlamışdır. 1922-ci ilin 3 mayında Ankarada Semyon Aralov Türkiyə hökumətinə daha 3,5 milyon qızıl rubl çatdırmışdır.

Комментариев нет:

Отправить комментарий