Страницы

20.06.2018

Sovet İttifaqı Marşalı Kliment Voroşilov Türkiyənin ağır vaxtında- 1921-22-ci illərdə Rusiyanın bu ölkəyə hərbi yardımını təkil edib. Məhz həmin çətin ərəfədə Sovet hökuməti Novorossiysk, Tuapse və Batumi limanları vasitəsi ilə Türkiyəyə 40 min tüfəng, 327 pulemyot, 54 top, 63 milyon patron, 150 min mərmi və digər silah-sursat göndərib. 1933-cü ildə Voroşilov SSRİ nümayəndə heyətinin rəhbəri kimi Türkiyə Cümhuriyyətinin 10 illik yubileyi münasibətilə Ankarada keşirilən paradda və digər tədbirlərdə də iştirak edib. Atatürk minnətdarlıq əlaməti olaraq ona hədiyyə verərək deyib: “Mən öz şəxsi saatımı sizə bağışlayıram. Məxsusi olaraq saatın arxasında döymə ilə iki hərf də yazılıb: “KV”. Siz bu saatı Türkiyədə kimə göstərsəniz bütün qapılar üzünüzə açıq olacaq...” Və 1928-ci ildə Atatürkün təşəbbüsü ilə İstanbulun Taksim meydanında ucaldılan “Cümhuriyyət abidəsi”ndə Atatürkün sol tərəfində duran iki sovet hərbçisinin, Voroşilovun və Frunzenin heykəlləri də təsadüfi deyil. Bununla Atatürk Türkiyə Cümhuriyyətinin yaranışında Sovet hökumətinə öz minnətdarlığını əks etdirib.

Комментариев нет:

Отправить комментарий