Страницы

12.06.2018

Araz Əlizadə:
-Sərdar Cəlaloğlu 30 ildir ki, müxalifətdədir və 30 ildir heç bir yerdə işləmir. Bəziləri deyir ki, mən o pulu deputat olanda yığmışam və sairə. Heç bu adam deputat da olmayıb. Sərdar Cəlaloğlunun Tural adlı oğlu Norveçdə, digər oğlu Cəlal isə İngiltərədə yaşayır. Sərdar Cəlaloğlunun nəvəsi, qızı və həyat yoldaşı da Londonda yaşayır. Sərdar Cəlaloğlunun oğlunun Londonda evi, özünün isə Bakıda bahalı evi və avtomobili var. Adamın ailəsi Londonda, özü isə Bakıda yaşayır. Adama sual olunur ki, sən Azərbaycandan pul almırsansa, bəs burada nə gəzirsən? Bu qədər malı-mülkü hansı pulla almısan? Mən ona bu barədə sualı prezident seçkiləri ilə bağlı keçirilən debatda da vermişəm. O, bu suala cavab verməkdən yayındı. London bahalı yerdir, orada mənzilin kvadratı çox bahadır. Bəzən oğru elə danışır ki, doğrunun bağrı çartlayır. İndi Sərdar Cəlaloğlu da elə danışır ki, guya özü kimdənsə pul almır... Mən deputat olana qədər heç bir imkanım olmayıb. Hətta mənzilim də yox idi. Deputat olandan sonra özümə kreditlə mənzil almışam. Sürdüyüm avtomobil də “Nissan X-trail” avtomobilidir. Onu da kreditlə almışam. Yəni demək istəyirəm ki, müxalifətdə olub pulsuz fəaliyyət göstərmək inandırıcı deyil. Əgər müxalifətdə olub deyirsən ki, mən heç yerdən pul almıram, bu gülünc çıxar. Mən Sərdar Cəlaloğluna sual vermişdim ki, ya sən xarici ölkədən qrant vəsaiti alırsan, ya da sənə hakimiyyətdən pul verilir, yaxud da kimdənsə oğurlamısan. Bunun ayrı yolu yoxdur. Əgər mənim maaşım, gəlir yerim yoxdursa, mən necə Londonda ev ala bilərəm? Heç Bakıda almaq olmur. İndi Sərdar Cəlaloğluna sual olunur, səndə bu pul hardandır? Sərdar Cəlaloğlunun oğulları əsgərliyə getməyib, İngiltərədə yaşayırlar, onların hansı əsgər gedəcək? Bəlkə Azərbaycan vətəndaşlığından da çoxdan çıxıblar. Ona görə də hər zaman oğru elə qışqırır ki, doğrunun bağrı çartlasın.

Комментариев нет:

Отправить комментарий