Страницы

06.06.2018

Deputat Fazil Mustafanın şəkilləri zibil qablarına vuruldu

Deputat Fazil Mustafanın sosial şəbəkə profilində ilahiyyatçı Hacı Şahin Həsənlinin də yer aldığı videonu paylaşaraq sərt sözlər yazması xeyli inanclını qəzəbləndirib.
Bu səbəbdən ölkə dindarları Milli Məclis üzvünü baykot edib, hətta onun karikaturası hazırlanıb. Belə ki, deputat həmçinin dindarlar barədə “mələşirlər” kimi ağır sözlər işlədib.
İnanclılar sosial şəbəkə profillərində Fazil Mustafaya etirazlarını bildiriblər.
Bundan əlavə, Rusiyada yaşayan müsəlmanlar deputatın şəkilləri zibil qablarının üzərinə vurub.
İlahiyyatçı Hacı Şahin Həsənli də öz növbəsində onun bütün dediklərinə geniş məqalə yazıb.
O, deputatın İmam Hüseynə ağlamaq və mərsiyə oxumaq barədə qeyd etdiklərinə dəlil və sübutlarla cavab verməyə hazır olduğunu bildirib. /minval.info/

Комментариев нет:

Отправить комментарий