Страницы

06.06.2018

Tahir Fikri - Tənqid edim

Deyirəm, bəlkə bir az haqqı yazıb tənqid edim,
İt ilində olanı mən də qazıb tənqid edim.

Hanı o azəri xalqımda olan mentalitet,
İstəyirsən "yolumu mən də azıb" tənqid edim?

Vermişik hər nə var idi əlimizdən, a bala,
Sən özün məcbur edirsən ki cızıb tənqid edim.

Nə abır var nə həya arvad edirsə kişilik,
İçdiyin zəhrmarı süz ki qızıb tənqid edim.

Bilirəm tənqidi həzm eyləməyirsən, "ağasan",
İstəyir ki ürəyin haqqı pozub tənqid edim?

Hünərün varsa yaşa alnıaçıq nər kişi tək,
Demə ki yazdığımı əyri yozub tənqid edim.

Fikrinin mətləbi şe'rində əyandır, a ğəda,
Bəlkə mətləbləri hər qəlbə sızıb tənqid edim.

Комментариев нет:

Отправить комментарий