Страницы

25.06.2018

Məlhəm ol yarəmə

Tahir Fikri

Aşiqəm hüsnunə nola, məni bir yad edəsən,
Bu könül qəmlidi, bəlkə onu sən şad edəsən.

Xəstəyəm, vurgununam, mənki günah etməmişəm,
Diləyim bircə budur, qəlbimi abad edəsən.

Məlhəm ol yarəmə sən, aşiqi gəl xar eləmə,
Ovqatım yaxşı deyil, bəlkə bir imdad edəsən?

Mailəm bircə sözə, sən deyəsən ki, sevirəm-
Bəlkə sən də sevərək Tahiri Fərhad edəsən?

Комментариев нет:

Отправить комментарий