Страницы

25.06.2018

Xanlar Həmidi duyanlar üçün

İstedadlı şair, "Avesta" kitabını ilk dəfə rus dilindən Azərbaycan dilinə tərcümə edən, Lerikin Çayrud kəndindən dəyərli ziyalımız Xanlar Həmidin doğum günüdür. Xanlar müəllimə uzun ömür, can sağlığı, yaradıcılıq fəaliyyətində həmişə uğurlar arzulayıram. İnşallah yüz yaşınızı qeyd edək. Amin.
Xanlar Həmid Lerik rayonunun Çayrud kəndində anadan olmuşdur. N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin dil və ədəbiyyat fakültəsini bitirmişdir.
"Bir ovuc torpaq", "Babək Xürrəmi", "Təki məni duyan olsun", "Bir sevgidən doğulan" kitablarının müəllifidir.
Xanlar Həmidin hikmətamiz fikirlərlə zəngin olan qəzəllərindən birini sizə təqdim edirəm:

Aqilin hikmətini düşünmə cahil anlar,
Nadanın dərsini ver, bir gün o da dil anlar.

Dünya möhnət süfrəsi müdriklərə həmişə,
Arifin mətləbini bəlkə də səfil anlar.

Şairin mürəkkəbi haqqın camında meysə,
Oxusa nəğməsini yəqin ki qafil anlar.

Göylərin göz yaşıdır dəryaların gövhəri,
Alimin yanğısını elmdə kamil anlar.

Sən dəvənin yükünü yüklə filə səhrada,
Dəvənin zəhmətini, zillətini fil anlar.

Cavanlıq illərini boşuna xərcləyənlər, 
Ömrünün qiymətini qocalıqda bil, anlar.

Eşqi etmiş Xanları dünya qəmindən azad,
Onu anlasa gülüm, hüsnünə mail anlar.

Filoloq, tədqiqatçı İlkin Əzizli

Комментариев нет:

Отправить комментарий