Страницы

28.07.2018

ADPU rektoru Cəfər Cəfərovu “nurçular”la nə bağlayır?

Prezidentin sərəncamı ilə 23 iyun 2016-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru vəzifəsinə təyin olunan Cəfər Cəfərova həmin dönəmdə sözügedən təhsil ocağının kollektivi böyük ümid bəsləyirdi. Onlar ADPU-da illərdir mövcud oilan çoxsaylı problemlərin nəhayət ki, aradan qalxacağını güman edirdilər. Amma son iki il ərzində universitetdə baş verən neqativ proseslər və ADPU-nun nüfuzunun günbəgün aşağı düşməsi belə deməyə əsas verir ki, C.Cəfərov bu iki il ərzində prezidentin və kollektivin etimadını doğrulda bilməyib. 
Xatırladaq ki, Cəfər müəllim ADPU-ya rəhbər gətirilməzdən əvvəl, 5 iyul 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yeni yaradılan Azərbaycan Turizm İnstitutunun rektoru vəzifəsinə təyinat alıb. 30 dekabr 2014-cü il tarixindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən həmin institutun bazasında yaradılan Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsində çalışıb. 2016-cı ildə isə təhsil naziri Mikayıl Cabbarovun təqdimatı əsasında ADPU-nun rektoru vəzifəsində təyin olunub.
Həmin ərəfədə belə informasiyalar vardı ki, Cəfər Cəfərovun bu vəzifəyə təyin olunmasının əsas səbəbi Mikayıl Cabbarovun kadrı olmayan Bakı Slavyan Universitetinin rektoru, YAP-ın Qadınlar Şurasının sədri Nurlanə Əliyevanın ADPU-ya rektor keçmək istəyib. Odur ki, M.Cabbarov nisbətən islahatçı kadr kimi tanıdığı C.Cəfərovu bu vəzifəyə layiq bilib.
Hətta o da bildirilirdi ki, Cəfər Cəfərov həmin vəzifəyə təyin edildikdən sonra Mikayıl Cabbarov ona universitetlə bağlı bir sıra tapşırıqlar verib. Hansı ki, indiyədək sabiq nazirin tapşırıqları ilə bağlı heç bir tədbir görülmədiyi iddia olunur...
Üstəlik, son vaxtlar aparılan təhlil zamanı o da məlum olub ki, ADPU digər universitetlərin arasında ən geridə qalmış təhsil ocağı sayılır. Bunun isə bir çox səbəbləri var. Məsələn, müəllim və tələbə kontigentinin narazı olması, ümumi maaşların aşağı olması (devalivasiyadan sonra Azərbaycanda fəaliyyət göstərən universitetlərin böyük əksəriyyəti maaşları qaldırıb, ADPU istisna olmaqla – müəl.), universitetin maddi-texniki təchizatının və mərkəzi rəhbərliyinin zəif olması, eləcə də burada tədrisin keyfiyyətinin çox aşağı olması və s. deyilənlərin bariz nümunəsi hesab oluna bilər.
Bu və digər məsələlərlə bağlı redaksiyamızı bilgiləndirən mənbə deyir ki, ADPU rektoru adətən təhsil problemlərindən daha çox, hakimiyyətdəki əlaqələrindən tez-tez danışmağı sevir. Məsələn, o, Ramiz Mehdiyevin bacısı oğlu Vüqar və Azərbaycan prezidentinin köməkçisi vəzifəsində çalışan Əli Həsənovla universitetdə birgə oxumasından hər zaman böyük fəxarət hissi ilə danışır.
Mənbə onu da xatırladır ki, Cəfər Cəfərov 90-cı illərdə BDU-da keçmiş müxalifətçi Eldar İsmayılovun kafedrasında tarix müəllimi olaraq çalışıb. Həmin vaxt hazırda “Məktəb guşəsi” saytının redaktoru olan Məzahir Məmmədli ilə birgə Xalq Cəbhəsinin özəyini yaradıblar. Sonra Cəfər müəllim Mədəniyyət və Turizm Nazirliyində sektor müdiri vəzifəsində işləyib. Orada çalışdığı müddətdə nazir Əbülfəz Qarayevlə münasibət qurmağı bacarıb və məhz onun vasitəsilə Azərbaycan Turizm İnstitutuna rektor vəzifəsinə təyin edilib.
Məlumata əsasən, Cəfər Cəfərov Turizm İnstitutunda öz qohumlarını işlə təmin etdiyindən, onun bu qərarları institutda bir neçə dəfə ciddi narazılığa səbəb olub. Həmçinin, Turizm İnstitutunda rektorun adından rüşvət yığılması haqda iddiaların da zaman-zaman ona qarşı narazılığı gücləndirdiyi bildirilir. Hətta belə informasiya var ki, Turizm İnstitutunda C.Cəfərovun adından rüşvəti Nəsir adlı şəxs yığıb. Onun xüsusən də doktorantura və əlavə təhsil fakultəsində pul yığdığı iddia olunur.
Yeri gəlmişkən, ADPU rektorunun “nurçular”la əlaqədə olduğu da vurğulanır. Bildirilir ki, C.Cəfərov Turizm İnstitunda işlədiyi müddətdə “Qafqaz” Universitetinin keçmiş rektoru Əhməd Sanic (“nurçu”) ilə yaxınlıq edib və həmin universitetin bütün tədbirlərində iştirak edib.

muxalifet.az

Комментариев нет:

Отправить комментарий