Страницы

28.07.2018

Maraq səndə

İlqar Bədəlov

Olsaydı əgər zərrə qədər az qanacaq səndə,
İnsanlıq edərdin, bəs olardı bu maraq səndə.

Məzlum qəminə kimsə yaxın durmadı əl tutsun,
Çox baxdı zaman əhli, görunmur uzu ağ səndə.

Səngərdə döyuşlərdə bir insan kimi ad qoyduq,
Yoxmuş dəyəri cənnətə bənzər Qarabağ səndə.

Mən kimsədən hörmət qazananlarla işim yoxdur,
Mən də uzaq oldum, həmən hörmətdən uzaq səndə.

Mən qismətə heç vaxtı inanmazdım, olan şeydir.
Dərd mənlik idi, amma ki məndən də qabaq səndə.

Layiqli qəzəl yazmalıyam dunyada iz qalsın,
Ustad mənə söz verdi ki, hər ad olacaq səndə.

Kök saldı bu İlqardakı ilham, ona söz verdi,
Yaz söylədi vardırsa qələmnən bu varaq səndə.

Комментариев нет:

Отправить комментарий