Страницы

04.07.2018

Duqin: Azərbaycan Rusiyanın Qafqazda ən əsas strateji tərəfdaşıdır

“Rusiya və Azərbaycan arasında fəal bir yaxınlaşma mövcuddur ki, bu da tarixi ədalətin bərpasıdır”. “Qafqazinfo” xəbər verir ki, bunu “Moskva-Baku”ya müsahibəsində Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin deyib.
Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” adlı konfransda iştirak edən politoloq bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Ekspertlər Klubunun əsas missiyası olmasa da, görüşün əsas mövzularından biridir: “Qarabağ bizim üçün simvolik yerdir - biz tədbiri burada keçiririk. Bu, bir daha Azərbaycanın Rusiyanın Qafqazda strateji tərəfdaşı olduğunu təsdiqləyir. Qarabağ Rusiyanın nəzər nöqtəsindən və beynəlxalq hüquq baxımdan Azərbaycan ərazisidir. Hazırda Rusiya ilə Azərbaycan arasında münasibətlər ön plana çıxıb”.

Комментариев нет:

Отправить комментарий