Страницы

21.01.2019

20 yanvar faciəsinə aparan yol

Tural Həmid

20 yanvara gedən yolu anlamaq üçün dövrün xronologiyasını bilmək lazımdır. Hər şey belə başladı.
1. 1989-cu il dekabrın sonunda Naxçıvan MSSR-də bir qrup şəxslər (Azərbaycan Xalq Cəbhəsi) İran-SSRİ sərhədinə gələrək sərhədi sökdü və İrana girdi. Ümumilikdə Azərbaycan SSR ilə İran arasında 700 km-lik sərhəd xətti məhv edildi (Biz bunu həmrəylik bayramı kimi qeyd edirik). SSRİ Ali Sovetinin Rəyasət Heyəti olanları pislədi və vandallıq adlandırdı.
2. 29 dekabr 1989-cu ildə AXC Cəlilabad rayonunda hakimiyyəti ələ keçirdi.
3. 10 yanvar 1990-cı ildə AXC Lənkəranda hakimiyyəti tam olaraq ələ keçirdi. Azərbaycanın cənub rayonları Azərbaycan SSR-dən üz döndərdi və AXC-nin tərəfinə keçdi.
4. 14 yanvarda Bakıda AXC fəalların iştirakı ilə erməni poqromu başladı. 13-19 yanvara qədər davam edən qırğında rəsmi olaraq 66, Tomas de Vaala görə 90 nəfər erməni öldürüldü. Hadisələrin bu cür inkişafını görən Zərdüşt Əlizadə və Leyla Yunus bu poqromlarda AXC-ni ittiham edərək hərəkatdan ayrıldı. Bakıda həmin vaxta qədər qalan 35 min erməni şəhərdən çıxarıldı. Azərbaycan SSR Daxili qoşunları və milis poqromun qarşısını almaq çün heç bir şey etmədi.
5. 19 yanvarda Naxçıvan MSSR təktərəfli olaraq SSRİ-dən rəsmən ayrıldığını elan etdi (Bu SSRİ və Azərbaycan SSR Konstitusiyasına zidd idi). Beləliklə, Naxçıvan MSSR SSRİ-dən ayrılan ilk respublika oldu.
6. 19 yanvarda artıq 27 rayon AXC-nin əlinə keçmişdi. Məqsəd Bakıda hakimiyyəti ələ keçirmək idi. Vəziyyətin nəzarətdən çıxdığını görən, polisi və əsgəri özünə tabe olmayan Azərbaycan SSR KP MK-nin baş katibi Əbdürrəhman Vəzirov nəzarəti bərpa etmək üçün Moskvaya müraciət etdi. 
7. Bakıya gələn Yevgeni Primakov, Andrey Girenko və müdafiə naziri Yazov AXC liderləriylə görüşdülər. Girenko qan tökülməməsi üçün Elçibəydən Bakıdakı barrikadaları yığışdırmasını tələb etdi. Elçibəy razılaşmadı.
8. Azərbaycan SSR KP MK-nın ikinci katibi Viktor Polyaniçko AXC fəallarından olan Etibar Məmmədova Bakıya ordu göndəriləcəyi barədə xəbərdarlıq etdi. Etibar Məmmədovun cavabı isə qəti idi: "O zaman müqavimət göstərəcəyik".
9. Qırmızı Ordu AXC-nin əlində olan əraziləri geri qaytarmaq üçün 19 yanvar gecə Bakıya daxil oldu. Hakimiyyətin itiriləcəyini görən AXC fəalları əhalini küçəyə çıxmağa çağırdı. Sovet əsgərlərinə atəş açılmasından sonra hər şey nəzarətdən çıxdı. 21-29 Sovet əsgəri və 137 nəfər mülki vətəndaş həyatını itirdi (Bakıda hakimiyyəti ələ keçirməyə çalışan AXC fəallarından heç biri zərər görmədi).
10. Bakıdakı hadisələrlə bağlı bütün dünya SSRİ hökumətinə dəstəyini bildirdi. Türkiyənin Xarici işlər naziri Mesut Yılmaz hadisələri SSRİ-nin daxili işi kimi qiymətləndirdi. Türkiyə prezidenti Turqut Özal isə "Onlar şii, biz sünni. Bırakın İran düşünsün" açıqlaması verdi.
11. Beləliklə, müvəqqəti olaraq Azərbaycanda Sovet hakimiyyəti yenidən bərpa olundu. 1 il sonra SSRİ dağıldı.

Комментариев нет:

Отправить комментарий