Страницы

22.01.2019

Norman Finkelştayn: İsrail Qəzzada bir milyon uşağı zəhərləməkdədir

Yəhudi əsilli amerikalı siyasətçi alim, professor və siyasi fəal Norman Finkelştayn bu il mayın 3-də “Qəzza və onun şəhidliyinin tədqiqi” adlı kitabını təqdim edib. Kitabın Nyu-York şəhərindəki “Alwan” incəsənət mərkəzində baş tutmuş təqdimat mərasimində tanınmış alim İsrailin Fələstinə qarşı yürütdüyü işğalçılıq siyasətinin bir sıra aspektlərinə toxunub. Alimin həmin çıxışından bir hissəsini təqdim edirik.
“Faktiki olaraq 2017-ci ildə, yəni 1 il bundan qabaq BMT öz proqnozunu təzələdi. Yeni hesabatda belə bir ifadə keçir: “Qəzza yaşayış üçün mümkünsüzlük həddini uzun illər öncə keçib”. Qəzza artıq illərdən bəridir ki, yaşayış üçün əlverişsiz yerə çevrilib.
Çox güman ki, siz, yaxud burada iştirak etməyənlər və çıxışımı Yutubdan izləyənlər düşünə bilərsiniz ki, onsuz da artıq BMT-nin hesabatlarına inanan yoxdur, bu adam isə BMT-nin puç hesabatlarına istinad edir… Deməliyəm ki, hətta İsrailin hərbi kəşfiyyatının rəhbəri də hələ 2016-cı ildə, iki il bundan əvvəl demişdi ki, diqqət edin, iki il bundan əvvəl demişdi, Qəzza zolağında vəziyyət artıq katastrofik həddə çatıb.
Qəzza katastrofik vəziyyətlə üz-üzədir. Qəzzadakı içməli su resurslarının 97 faizi insanların gündəlik istifadəsi üçün yararsızdır. İnsan istifadəsinə yararsızdır. Amerika cəmiyyəti bundan xəbərdar olmalıdır. Çünki Miçiqanın Flint şəhərindəki hadisədən elə də uzun bir müddət keçməyib. Burada əhalinin istifadə etdiyi suyun çirkli olduğu üzə çıxmışdı. Lakin burada təkcə bir şəhər deyil, bütün Qəzza belə bir vəziyyətlə üzləşib.
Bəs praktiki olaraq bu nə deməkdir? Bunu cavablandırmaq üçün Sara Roya istinad edəcəyəm. O Yaxın Şərq araşdırmaları üzrə Harvard Universitetinin əməkdaşıdır. 
O öz kitabında bir məsələyə toxunub. Onu sizin diqqətinizə çatdırıram: “Günahsız insanlar, hansı ki əksəriyyətini cavanlar təşkil edir, içdikləri su və əkdikləri torpaq vasitəsilə yavaşca zəhərləndirilirlər”. Günahsız insanlar zəhərləndirilirlər.
Burada iştirak edənlərin bəziləri valideyndir, ya da nəvə-nəticə sahibisiniz. İndi təsəvvür edin, hər yeni günə başlayanda acı reallıqla üz-üzə qalırsınız. Əlbəttə ki məcburiyyət üzündən, övladlarınıza qida verərkən, yaxud onlara içməli su verərkən gözünüz görə-görə onları zəhərləyirsiniz. /oxuyaq.az/
Gəlin açıq danışaq, faktlardan qaçmayaq. İsrail hazırda Qəzzada 1 milyon uşağı zəhərləməkdədir. Bu, faktdır və mən bunu 10 min dəfə də təkrar edə bilərəm: İsrail blokada yolu ilə Qəzzada 1 milyon uşağı zəhərləməkdədir”.

Комментариев нет:

Отправить комментарий