Страницы

19.02.2019

1918-20-ci illərdəki Müsavat irticası vassallığının- ingilis işğalının acı mənzərəsini Qızılhacılı kənd sakinlərinin məktubu aydın göstərir. 21 aprel 1919-cu ildə Qızılhacılı kəndliləri Müsavat Parlamentinə məktublarında yazırdılar:

“...Təcrübəsiz və savadsız olmağımızdan istifadə edərək yerli bəylər pay torpaqlarımızı hissə-hissə əlimizdən alırdılar. Nəhayət üsyandan sonra 1915-ci ildə Çar məhkəməsi torpaqlarımızın geri qaytarılması barədə qərar çıxardı. İndi isə hakimiyyət başında duran rəislər bəy və xanların tərəfini saxlayıb pay torpaqlarımızı əlimizdən alıb yenidən bəy-xanlara verirlər. Ən dəhşətlisi isə budur ki, bir tərəfdən rəislər torpağımızı alıb bəy-xanlara verir, digər tərəfdən isə həmin torpaqlara görə bizdən müxtəlif vergi və töycülər alırlar, vergiləri bir az gecikdirən kimi isə qamçı və dəyənəyi işə salır, ev-eşiyimizi qarət edirlər. Bu barədə təcili və qəti tədbir görməyiniz xahiş olunur. Azca yubanma bəylər və xanlara qarşı kənd əhalisinin kütləvi açıq üsyanına aparacaq. Aclığa məruz qalmış və səbri tükənmiş yoxsul kəndlilərin digər çıxış yolu yoxdur”.

(MAİ, Fond 894. S,2 iş 71, vər.131-132, 1919-cu il)


Müsavat-ingilis vassallığı dövründə Azərbaycan kəndinin mənzərəsi, Azərbaycan kəndlisinin vəziyyətinin acınacaqlı tablosu belə idi.

Комментариев нет:

Отправить комментарий