Страницы

19.02.2019

Müqayisə üçün deyək ki, müsavat bəyləri zamanı Azərbaycan kəndliləri hər il mülkədarlara və xəzinəyə torpaqdan istifadə haqqı kimi 600 milyon manat vergi verirdilər. Hansı ki 1920-ci il mayın 5-də Sosialist Respublikası kəndliləri bu vergi yükündən birdəfəlik azad etdi, bundan əlavə kəndlilərin varlı mülkədarlara yığılıb qalmış 575 milyon manatlıq borcları da tamamilə silindi. Görəsən kəndli Sovet hökumətinin nəyindən narazı olmalıydı ki? Sovet hakimiyyəti zamanı kəndli illik cəmi 5 milyon manat vergi verirdisə, Müsavat dövründə təkcə torpaqdan istifadəyə görə toplanan vergi qeyd etdiyimiz kimi 600 milyon manat təşkil edirdi. Bu müqayisədən nəticə çıxarmağı oxucunun öz ixtiyarına buraxırıq. Bəs müsavat oyuncaq hökumətinin 1919-cu ildə Öksüzlü, Qovlar, Sarılı, Xılxına, Yuxarı Ayıplı kəndlilərini yerli bəylərə (bəy Sultanovlara, Böyük ağa Qarabəyovlara, bəy Zülqədərovlara) 2 milyon manat cərimə ödəməyə məcbur etməsinə necə, hansı adı qoyaq? Bu hələ ancaq 4 kənddən yığılan cəriməydi- müsavatın qəbul etdiyi qərara görə üsyan etmiş bütün kəndlilər və qəzalar yerli bəylərin xeyrinə (guya onların əmlakına, əkin və bağlarına ziyan vurublar bəhanəsiylə) on milyonlarla manat cərimə ödəməyə məhkum edilmişdilər. Nəzərə alın ki, kəndlinin belinə yüklənmiş bu cərimələrin vergilərə aidiyyəti yox idi- vergi ayrıca bir bəla idi. 

Qoy hər bir oxucu özü müstəqil qərar versin: Azərbaycan kəndlisinə "milli-qıllı" Müsavat hökuməti sərf edirdi, yoxsa fəhlə-kəndli hökuməti olan Sovet hökuməti?

Комментариев нет:

Отправить комментарий