Страницы

19.02.2019

1930-ci illərdə xaricdən idarə olunan Molla Mustafa və digər qəsd təşkilatçıları məqsədli surətdə əhali arasında belə şaiyələr yayırdılar ki, guya türklər SSRİ-yə hücum edib Azərbaycanda və bütün Qafqazda hakimiyyəti ələ alacaqlar və bununla da “Böyük Türkiyəylə birləşmə” prosesi başa çatacaqdır. Amma əhali arasında bu şaiyələrlə də tərəfdar toplamaq mümkün olmurdu. Əvvəla ona görə ki, Osmanlı işğalından cəmi 12 il keçirdi və hər kəs işğalçıların yerli əhalinin başına açdıqları oyunları, təhqirləri çox gözəl xatırlayırdılar. Məsələn, Osmanlılar 1918-ci ildə Azərbaycanı işğal edərkən kişiləri şalvarlarını aşağı çəkərək tavanın üzərinə oturdurdular və qazanın içinə siçan buraxaraq altdan onu qızdırmağa başlayırdılar. Qazan qızdıqca siçan vurnuxur, o tərəf bu tərəfə qaçaraq çıxmağa deşik axtarırdı, özünü qazanın üstündə oturmuş kişinin anus dəliyinə soxurdu. Yaxud da kişilər küçədəcə soyundurulub zopa deyilən şallaqla döyülürdülər- hadisənin canlı şahidləri çox sonralar da xatırlayırdılar ki, Sovet hakimiyyəti qurularkən hələ bir çox kişilərin zopa yarası sağalmamışdı. Bəli, Manaflının “xilaskar” kimi qələmə verdiyi osmanlı işğal qüvvələri hələ ən yaxşı halda yerli əhaliylə belə rəftar edirdilər. Ona görə də “Böyük Türkiyəylə qovuşmaq” sayaqlamasına 1918-ci ildə türklər tərəfindən dar ağaclarından asılan və güllələnən əhalinin rəğbət göstərməsi mümkün deyildi. Bu şaiyələr ən yaxşı halda varlı qolçomaqlar, keçmiş bəylər, mülkədarlar arasında özünə tərəfdar tapırdı, çünki bu təbəqələr yaxşı xatırlayırdılar ki, 1918-ci ildə osmanlı paşaları və ingilis işğal qüvvələri bəylərin torpağını ələ keçirən kəndliləri necə cəzalandırırdılar, hələ üstəlik onları bəyə vurulan zərərə görə təzminat da ödəməyə məcbur edirdilər.

Комментариев нет:

Отправить комментарий