Страницы

19.02.2019

Araşdırmalar göstərir ki, Sovet vergi sistemi dünyada ən ədalətli sistem olmuşdur. Belə ki Sovet İttifaqının dövlət büdcəsinin cəmi 8,7%-i əhalidən yığılan vergi əsasında formalaşırdı, inkişaf etmiş kapitalıst dövlətlərində isə anoloji göstərici 50-60%-dən yuxarıdır. Məsələn, Almaniyada ortastatistik bir alman vətəndaşı qazandığı hər 1 avronun 52%-ni vergi şəklində dövlətə ödəyir. ABŞ-da isə milyardlarla kapital dövriyyəsi olan şirkətlər “vergi sığınacaqları” hesabına (vergidən azad olunmuş xüsusi zavodlarda filiallar təsis edib bütün mənfəəti həmin filialın üzərinə sənədləşdirirlər, nəticədə qazandıqları milyardlardan vergi vermirlər) mənfəətdən ödəmələr etməkdən yayınırlar. Ya da xeyriyyə fondu yaradırlar, bütün pulları bu fondlara transfer edirlər və qanuna görə xeyriyyə fondlarından vergi tutulmadığına görə yenə də milyardlarını vergidən sığortalayırlar. Elə götürək hazırkı üçrəngli bayrağı olan Azərbaycan Respublikasını: büdcədə milli burjuaziyanın (iqtisadiyyatın 85%-i onların əlindədir) payı illik 1 milyard dollardır, amma maraqlıdır ki adi maaşa xidmət edən sıravi vətəndaşlar da təqribən öz maaşlarından 1 milyard dollar vergi verirlər. Belə çıxır ki, azəri fəhlə milyonçudan daha çox vergi ödəyir. Liberallar Sover vergi sistemini yox, məhz belə vergi sistemini ədalətli hesab edirlər.

Комментариев нет:

Отправить комментарий