Страницы

20.02.2019

Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məmməd Əmin Rəsulzadə xaricə qaçandan sonra kolxoz quruluşunu “Azərbaycanın ən ağrılı yeri, daimi qanayan yarası” adlandırmışdır. 1918-20-ci illərdə kəndlilərin halal torpağını top-tüfənglə alıb bəylərə verən həmin Rəsulzadə! Kəndlinin torpaq istəyini toplarla, pulemyotlarla cavablandıran hökumətin rəhbəri! Sosialist inqilabından sonra sığındığı xarici ağalarından aldığı pulların müqabilində sifarişli məqalələr yazır, Azərbaycandakı Sovet hökumətinə, kolxoz quruluşuna böhtanlar yağdırırdı. Bir soruşan lazım idi ki, necə olur, ağalığınız, əslində isə osmanlıya və ingilisə nökərçiliyiniz zamanı kənd icmasının torpağını alıb bəylərə verəndə, biçarə kəndli dədə-baba torpağının müsadirəsinə etiraz edəndə kəndliləri ot tayasına doldurub diri-diri yandırırdınız, kəndləri “qiyamçı” elan edib top və pulemyot atəşləri ilə yer üzündən silirdiniz- bu Azərbaycanın qanayan yarası olmurdu, amma Sovet hökuməti tarixi ədaləti bərpa edəndə, yüz illərdir bu xalqın məişətində, sosial həyatında dərin iz buraxmış icma təsərrüfatını bərpa edəndə bu olurdu xalqın qanayan yarası?! O icma təsərrüfatı ki, yüz illərdi, əsrlərdi həmişə Şərqdə, Azərbaycanda dominant olub- kolxoz quruluşu məhz bu icmaçı təsərrüfatın yeni, modern əsaslarla bərpası idi.

Комментариев нет:

Отправить комментарий