Страницы

20.02.2019

Qızılhacılı və Çaylı camaatının faciəsi Müsavat hökumətinin xalqa qarşı keçirdiyi müsadirə və terror dalğasının yüzlərlə faktından sadəcə bir neçəsiydi. Qızılhacılıda müsavat yerli hökuməti kəndlilərə məxsus olan minlərlə hektar yeri silah gücünə müsadirə edib bəylərə verdi. Buna müqavimət göstərən çoxlu sayda kəndli öldürüldü, yüzlərlə ev dağıdıldı. 300 evdən ibarət olan Çaylı icmasında 125 nəfər həbs edildi və bir qism kəndlilər güllələndi. Kəndlilərə məxsus 100 hektar əkin və otlaq sahəsi müsavatçılar tərəfindən yandırıldı. 1918-20-ci illərdə kənd icmasının mülkiyyətində olan torpaqları silah gücünə müsadirə edib bəylərə verən müsavatçılar bunu “demokratiya” adlandırdıqları halda, kommunistlərin torpağı bəylərdən müsadirə edib kənd icmasının sərəncamına qaytarmasını qırmızı terror və talan kimi qələmə verirdilər. Fikir verin, Göyçay qəzasının Bəydovul kəndlilərinə məxsus 1000 hektar torpağı Müsavat hökuməti müsadirə edərək mülkədar Sultanovun ixtiyarına verir- bunu müsavatçılar “qanuni” hesab edirlər, amma Sovet hakimiyyəti mülkədar Sultanovdan zəbt etdiyi torpağı alıb kəndliyə qaytaranda, kənddə kolxoz təşkil edəndə həmin müsavatçılar bunu “xalqın əmlakının talanı” kimi qiymətləndirirlər! Belə çıxır ki, müsavatçıların nəzərində ancaq mülkədar Sultanovlar insan idi və buna görə də onlar bu bir ovuc qaraguruha “xalq” deyə xitab edirlər.

Комментариев нет:

Отправить комментарий