Страницы

19.02.2019

Bu gün insanlara “istiqlal mücahidi”, “əzabkeş mühacirlər” kimi tanıtdırılan M.Ə.Rəsulzadənin, Ə.Topçubaşovun, X.Xasməmmədovun və digərlərinin əslində xarici kəşfiyyat idarələrinin agentləri olması və xarici dövlətlərdən aldıqları küllü miqdarda vəsaitlər qarşılığında 20-30-cu illərdə Azərbaycanda irili-xırdalı minlərlə terror aktının törədilməsinə rəvac vermələri xarici arxivlərdən bilinən faktdır, tarixi gerçəklikdir, hansıki bu faktların bir neçəsini keçmiş müsavatçı olmuş Yusif Vəzir Çəmənzəminli öz yazılarında qeyd etmişdir. Məlumat üçün deyək ki, Y.V.Çəmənzəminli Müsavat hökumətinin Türkiyədə səfiri olmuş, Aprel Sosialist İnqilabından sonrakı bir neçə il ərzində də İstanbulda devrilmiş Müsavat hökumətinin rəsmi səfiri sifətiylə fəaliyyət göstərmiş, bütün bu iyrəncliklərin şahidi olduqdan sonra Müsavat firqəsindən imtina etmişdir. Çox təəssüflər olsun ki, M.Ə.Rəsulzadəni, Ə.Topçubaşovu, X.Xasməmmədovu ifşa edən faktlar Y.V.Çəmənzəminlinin bu yaxınlarda latın qrafikasıyla təkrar nəşr edilən əsərlər külliyatından çıxarılmış və bununla da müsavat liderlərinin gerçək cinayətkar simaları yetişən gənc nəsildən gizlədilməyə çalışılmışdır. Amma kitabları qayçılayaraq tarixi saxtalaşdıranlar və bununla “milli” tarix yazdıqlarını iddia edənlər unudurlar ki, sözügedən faktlar arxiv sənədlərində, əvvəllər nəşr olunmuş qəzet, jurnal və kitablarda da mövcuddur və bunların hamısını yığıb gizlətmək faktiki olaraq qeyri-mümkündür. Ona görə də gənc nəsildən kimlərsə Rəsulzadələrin, Topçubaşovların öz xalqının qanını axıtmaq qarşılığında xarici dövlətlərdən aldıqları pullar hesabına xaricdə təmtəraqlı, şərəfsiz (kursiv Çəmənzəminlinindir) bir həyat yaşadıqlarını bilmək istəyirlərsə, Y.V.Çəmənzəminlinin 1976-77-ci illərdə nəşr olunmuş üç cildlik əsərlərini oxumağı məsləhət görürük. 

Комментариев нет:

Отправить комментарий