Страницы

19.02.2019

Gənc nəsildən kimlərsə Rəsulzadələrin, Topçubaşovların öz xalqının qanını axıtmaq qarşılığında xarici dövlətlərdən aldıqları pullar hesabına xaricdə təmtəraqlı, şərəfsiz (kursiv Çəmənzəminlinindir) bir həyat yaşadıqlarını bilmək istəyirlərsə, Y.V.Çəmənzəminlinin 1976-77-ci illərdə nəşr olunmuş üç cildlik əsərlərini oxumağı məsləhət görürük. Onda sizlərə 20-30-cu illərdə Azərbaycanda minlərlə insanın, Sovet hakimiyyəti fəalının, müəllimlərin qətlə yetirilməsinin, on minlərlə baş mal-qaranın məhv edilməsinin, ölkə ərazisində çoxsaylı sabotaj və dağıntı hadisələrinin törədilməsinin Parisdə Əlimərdan bəy Topçubaşovun yaşadığı “Senklo” villalarıyla əlaqəsi tam şəkildə aydın olacaqdır. Rəsulzadələrin, Topçubaşovların fitvasıyla təkcə 1928-31-ci illər ərzində Azərbaycanda 2 mindən çox terror və sabotaj aktı törədilmiş, nəticədə minlərlə insan qətlə yetirilmiş, xalq əmlakına, ölkə iqtisadiyyatına milyonlarla manat zərər dəymişdir. 1930-cu ildə Şəkidə təşkil olunmuş iğtişaşların, hansıki ümumilikdə 200-dən çox insanın ölümünə, yüzlərlə insanın həbsinə səbəb olmuşdur, birbaşa Rəsulzadə və Topçubaşov tərəfindən xaricdən idarə edildiyi inkarolunmaz faktdır və bu hadisə müsavat rəhbərlərinin silsilə cinayətlərindən sadəcə biriydi. Azərbaycanda törədilmiş hər belə iğtişaşdan, qanlı toqquşmadan sonra Rəsulzadələrin, Topçubaşovların cibinə millət naminə (kursiv Çəmənzəminlinindir) böyük pullar daxil olurdu. Onlar öldürülən hər kommunistə, dağıdılan hər kolxoza görə xarici dövlətlərdən küllü miqdarda qrantlar alır və Parisin göbəyində villalarda qayğısız həyat yaşayırdılar. Xaricdə oturub öz şəxsi mənfəətləri üçün millətin qanından səadət kərpicləri kəsən bu tip avantüristləri bu gün xalqa qəhrəman tək təqdim edən falsifikatorları oxuyanda insanın qələmə sarılaraq bütün varlığıyla bu saxtakarlara qarşı müharibə elan etməsi gəlir.

Комментариев нет:

Отправить комментарий