Страницы

19.02.2019

...Kommunistlər 30-cu illərdəki qətiyyəti 80-ci illərdə göstərə bilmədilər. 1930-cu illər təxribatlarını araşdırarkən məndə belə bir əqidə daha da möhkəmləndi ki, 80-ci illərdə 37-nin təkrar edilməsi çox yerində bir addım olardı; olsun ki bir neçə min Qorbaçov, Yakovlev, Vəzirov, Mütəllibov, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Əbülfəz Əliyev, Şevernadze, Heydər Əliyev kimilərinin kəlləsi gedəcəkdi, amma əvəzində böyük bır dünya güc mərkəzi dağılmaqdan xilas olacaqdı. Bəlkə də mənim gəldiyim bu nəticə bir çox oxucuların nəzərində antihumanist fikir təəssuratı yaradacaq, amma bu antihumanist olsa da həqiqətdir,- 80-ci illərdə 37-nin təkrarı olmalıydı. QKÇP 1991-ci ildə yox, 1985-ci ildə həyata keçirilməliydi.
Mənim bu fikirlərimdə radikallıq, qəddarlıq elementləri axtarmaq istəyən “humanistlərdən” soruşuram: Sovetlərin dağılmasından bizlərə miras qalmış bir tək Qarabağ problemi 30 min Azərbaycan vətəndaşının məhvinə, yüzlərlə kəndin, şəhərin viran edilməsinə, bir tək Qarabağın ölkə iqtisadiyyatına 50 milyard dollar iqtisadi ziyan vurmasına, 1 milyona qədər insanın qaçqın, köçkün düşməsinə səbəb olmadımı? Hələ bu ancaq bir problemin həyatımızda yaratdığı faciələrdir.
Bu qədər ağrı-acıları yaşamaqdansa Qorbaçov, Yakovlev, Vəzirov və s. adlarını çəkdiyim bir neçə yüz, bir neçə min satqının kəlləsinin getməsi daha yaxşı olmazdımı? Bir tək Qarabağ münaqişəsindəki insan itkilərimiz 30-cu illərdəki repressiyalar zamanı yaşanmış insan tələfatlarından daha çox deyilmi? ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin SSRİ-nin kiçik dövlətlərə parçalanma layihəsinin icrası üçün məgər 30 min insanımızı qurban vermədikmi? Qarabağ problemini kim milli münaqişə kimi yozursa yanılır, bu problem vaxtıyla Sovet İttifaqını parçalamaq üçün süni surətdə yaradılmışdı və bu gün də yaranmış kiçik qurumları idarə etmək üçün istifadə edilir.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hazırlanmış “SSRİ-nin kommunistləşdirilməsi” şərti adlı planın, -hansı ki SSRİ-ni 15 kiçik dövlətə, Rusiyanı isə daha 14 kiçik dövlətə parçalanmasını nəzərdə tuturdu-, reallaşması üçün qərb 200 minə qədər Sovet vətəndaşının məhvini gözə aldı. Süni surətdə yaradılmış Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı, Şimali Qafqazda münaqişələr, -bunlar hamısı bir tək məqsədə- SSRİ-ni məhv etməyə yönəlmişdi və bu münaqişələrdə 200 minə qədər insan tələf oldu.
Hələ mən Yuqoslaviyanın parçalanmasından ortaya çıxan insan itkilərini, “milli” münaqişə görüntüsü verilmiş, əslində isə kapitalizmin restavrasiyası (bərparsı) naminə axıdılan qanları demirəm. Əgər 80-ci illərdə başda Qorbaçov, Yakovlev olmaqla bir neçə yüz, bəlkə də bir neçə min satqının repressiyası bu yüz minlərlə insan tələfatını önləyəcəkdisə, onda 80-ci illərdə 37-nin təkrarlanmasının nə pis cəhəti ola bilərdiki?

http://azerbaycaninqaratarixi.blogspot.com/2012/09/ski-usyan-1930.html

Комментариев нет:

Отправить комментарий