Страницы

19.02.2019

Demokratların tərifləyib az qala Ənuşirəvan əyyamı kimi təqdim etdiyi və olduqca gülünc haldır ki cəmi 23 ay, hətta bəzi qəzalarda bir neçə ay davam etmiş ingilis-müsavat işğalı zamanı Azərbaycan kəndlisinə sözün əsl mənasında heyvani münasibət hökm sürmüşdü. Müsavat istibdadı zamanı yığılan verginin məbləği hətta Çar müstəmləkəçiliyi dövrüylə müqayisədə düz 4 dəfə artırılmış, məhsulun 70%-i icarə haqqı kimi mülkədarların, bəylərin ixtiyarına verilmişdi. Bundan əlavə osmanlı-alman və ingilis işğalçı qüvvələrinin saxlanılması da yerli əhalinin üzərinə qoyulmuşdu. Osmanlı paşaları ümumi məhsulun 1/10-ini zəkat adı altında kəndlilərdən müsadirə edirdi, reallıqda isə daha çoxunu zorla müsadirə edib aparırdılar. Müsavat-ingilis işğalı zamanı qəzalarda hər il on minlərlə insan aclıqdan tələf olduğu halda, ölkənin taxılı ingilis paraxodlarıyla Ənzəliylə, həm də zorla müsadirə olunaraq daşınırdı. Azərbaycan kəndlisi, fəhləsi çörək tapmayanda müsavatçı bəylər inglis atlarını Bakıda kişmişlə bəsləyirdilər. Müsavatçı bəylərin istibdadı zamanı mülkədarlar kəndlidən dinməver, bilməver və s. adlar altında onlarla adda vergi toplayırdılar. Bundan əlavə bəylər kəndlidən toypulu, bayrampulu toplayır, həftənin müəyyən günlərini heç bir haqq vermədən müftə işlədirdilər (biyar). Həmçinin əhalidən, o cümlədən kəndlilərdən darğapulu, pristavpulu və s. yığılırdı. Belə ki müsavat öz məmurlarına maaş vermir, əvəzində həmin məmurlara öz şəxsi ehtiyaclarını təmin etmək üşün əhalidən vergi toplamaq haqqı verirdi. Onlar isə bundan istifadə edib əhalinin axırıncı tikəsini də əlindən alırdılar.

Комментариев нет:

Отправить комментарий