Страницы

19.02.2019

Bu gün liberallar 1937-ci ilin təkcə repressiyalarından danışırlar. Amma 1937-ci ilin başqa məsələləri də vardı. Həmin 1937-ci ildə Azərbaycan tarixində ilk dəfə geridə qalmış aqrar ölkədən iri maşınlı sənaye respublikasına çevrilmişdi. Həmin 1937-ci ildə Azərbaycan iqtisadi inkişaf səviyyəsinə, məhsul istehsalının həcminə, iqtisadiyyata yönəldilən kapitalın həcminə və elektrik enerjisi istehsalına görə Sovet İttifaqında digər respublikaları geridə qoyaraq Rusiya və Ukraynadan sonra 3-cü olmuşdu. Həmin 1937-ci ildə yarım milyondan çox uşaq məktəblərdə təhsil alırdı və şagird kontingentinin sayına görə Azərbaycan bütün müsəlman dövlətlərini, hətta Türkiyə, İran, İraq kimi böyük müsəlman dövlətlərinin birgə ümumilikdə göstəricisindən də üstün idi. Həmin 1937-ci ildə müsəlman Şərqində Azərbaycan ən çox tələbə və şagird təhsil alan ölkəydi. Həmin 1937-ci ildə müsəlman ölkələri arasında Azərbaycan təhsilə ən çox vəsait xərcləyən ölkə idi. Həmin 1937-ci ildə Azərbaycan əhalisinin hər 10 min nəfərinə düşən tələbələrin sayına görə hətta Hollandiya, Belçika, Norveç kimi Avropa dövlətlərini açıq fərqlə üstələyirdi. Azərbaycanda metro tikintisinin layihəsi hazırlananda müsəlman ölkələrinin heç birində adicə tramvay xətti də yox idi- amma Azərbaycanda ilk tramvay xətti 1926-cı ildə istifadəyə verilmişdi ki, bu SSRİ-də və bütün Şərqdə ilk tramvay xəttiydi. Azərbaycanda ilk elektrikləşmiş dəmiryol xətti istifadəyə veriləndə nə SSRİ-nin digər regionlarında, nə də Şərqdə heç bir dövlətdə elektrik dəmiryol xətti yox idi. Liberallar bu məsələlərdən danışmağı sevmirlər. Onları ancaq 1937-ci illin repressiyaları maraqlandırır.

Комментариев нет:

Отправить комментарий