Страницы

19.02.2019

Yusif Vəzir Çəmənzəminli M.Ə.Rəsulzadənin, Topçubaşovun yaxın silahdaşı olmuş, Müsavat hökuməti devrildikdən sonra belə illərlə Müsavatın Türkiyədəki səfiri vəzifəsini icra etmiş, onların xalqın qanı ilə alver edib xaricdə lüks içində yaşadıqlarını gördükdən sonra Müsavat firqəsinə tüpürərək Sovetlər ölkəsinə qayıtmışdır. Çəmənzəminli Müsavat liderlərinin iyrəncliklərindən bəhs edərkən yazırdı:

“Əgər Məmməd Əminlər Azərbaycanda feodalizmin zühuruna və qolçomaqların təkrar iş başına gəlməsinə inanırlarsa, əmin olsunlar ki, bu olmayacaqdır. Bütün Azərbaycan gəncləri ölərlər, lakin köhnəlmiş idarənin təkrar hökm sürməsinə razı olmazlar. Çünki böyük inqilabın feyzləri geri alınmaz”.

Комментариев нет:

Отправить комментарий