Страницы

04.02.2019

İlkin etapda anqlosakson bossları Hitlerə pulu İsveçrə maliyyəçisi Vilhelm Qustloff və Faşist Partiyasının xəzinədarı Franç Şvarç vasitəsilə ötürürdülər. Bu prosesdə Morqanların və Rokfellerlərın maliyyə klanları, yəhudi bankirlər Oskar Vasserman, Qans Privin, Maks Varburq, yəhudi sənayeçilər Firç Tissen, Reynold Qesner, Friç Mandel yaxından iştirak edirdilər. 1923-cü ilin payızında Hitler Sürixdə İngiltərə-Hollandiya konserni “Shell”in rəhbəri Henri Deterdinq ilə görüşmüşdü. Bu “məhsuldar” görüşdən Hitler “İsveçrə frankı və dollarla dolu sandıqla” qayıtmışdı. İngiltərə Bankının idarəçisi Norman Monteqyu da Hitlerə sanballı maliyyə vəsaitləri ayırmışdır. Hitler və partiyasının siyasi səhnəyə çıxmasında Rokfellerlərə məxsus “Standard Oyl”, eləcə də “General Elektrik” şirkətləri də mühüm rol oynamışlar. Almaniyanın iqtisadiyyat naziri və Reyxsbankın prezidenti olmuş Yalmar Şaxt Nürnberq məhkəməsi zamanı tələb qoydu ki, sadalanan maliyyəçilər də cinayət məsuliyyətinə cəlb edilsinlər və müttəhimlər kürsüsünə əyləşdirilsinlər. Bu, Şaxtı ittiham edən müttəfiqlərdə təlaş yaratdı. Müttəfiqlər təcili Şaxtla danışıqlar apararaq razılığa gəldilər, Sovet tərəfinin etirazlarına baxmayaraq ona bəraət verdilər və azadlığa buraxdılar.

Комментариев нет:

Отправить комментарий