Страницы

04.02.2019

Münhendə Hitlerlə görüşmüş ABŞ-ın hərbi attaşesi kapitan Trümen Smit ABŞ hərbi kəşfiyyatına onun haqda yüksək fikirdə olduğunu və ona böyük ümidlər bəslədiyini bildirmişdi. Məhz Smit vasitəsilə Hitlerin yaxın ətrafına Harvard Universitetinin məzunu Ernst Hanfştengl yerləşdirilmişdi; o Hitlerin siyasətçi kimi yetişməsində mühüm rol oynamış, ona vaxtı vaxtında pul göndərilməsini təşkil etmiş və onun İngiltərənin hakim dairələri ilə əlaqələrini qurmuşdu.
 4 yanvar 1932-ci ildə Hitler və diplomat fon Papen İngiltərə Bankının rəhbəri Norman Monteqyu ilə görüşdülər. Amerikan siyasətçilərindən Dalles qardaşlarının da iştirak etdiyi həmin görüşdə İngiltərə Bankının Almaniyanın Faşist Partiyasını maliyyəşdirəcəyi barədə gizli saziş imzalandı. 14 yanvar 1933-cü ildə yəhudi bankirləri Almaniyada faşistlərin hakimiyyətə gəlməsinə xeyir-dua verdilər və 30 yanvarda Hitler reyxskansler təyin olundu. ABŞ və İngiltərə hakim dairələri Almaniyanın yeni hakimiyyətinə böyük entuziazmla yanaşdılar və hərtərəfli dəstək söz verdilər.

Комментариев нет:

Отправить комментарий