Страницы

19.02.2019

M.Ə.Rəsulzadənin, Topçubaşovun yaxın silahdaşı olmuş, Müsavat hökuməti devrildikdən sonra belə illərlə Müsavatın Türkiyədəki səfiri vəzifəsini icra etmiş, onların xalqın qanı ilə alver edib xaricdə lüks içində yaşadıqlarını gördükdən sonra Müsavat firqəsinə tüpürərək Sovetlər ölkəsinə qayıtmış Yusif Vəzir Çəmənzəminli yazırdı ki, necə olur, Bakıda parlamentdə hakimiyyətin Sovetlərə verilməsinə səs verənlər bir neçə həftə sonra Gəncədə qanlı silahlı qəsd törətdilər? Parlament qaydasında hakimiyyət kommunistlərə dinc şəraitdə verildikdən sonra Gəncədə belə bir qanlı qiyama nə ehtiyac var idi? Çəmənzəminliyə görə Topçubaşovların, Xəlilbəylərin Türkiyədəki, Avropadakı dəbdəbəli villa həyatı bu “ehtiyacın” haradan yarandığına bariz sübut idi... M.Ə.Rəsulzadələr, Topçubaşovlar, Xəlil bəy Xasməmmədovlar və digərləri Molla Mustafa Əlicanov, Mustafa bəy Əlicanbəyov, Bəhrambəy Nəbibəyov kimi yerli əlaltılarının hesabına dinc insanları qırğına vermək və iğtişaşlar təşkil etmək yolu ilə xarici xüsusi xidmət orqanlarından küllü miqdarda pul alırdılar. Onlar Türkiyədki, Avropadakı villalarda lüks içərisində eyş-işrətli bir həyat keçirir, xalqın qanını axıtmaq müqabilində alınmış pulların hesabına şərəfsiz bir həyatın dadını çıxarırdılar. Hələ Şəki hadisələrindən əvvəl 1927-ci ildə xaricdən idarə olunan ittihadçı bir qrup mayın 1-də Ağdamda qanlı iğtişaş törətmək planlasa da hadisədən əvvəl qəsd təşkilatçıları ifşa olundular. Amma bir neçə gün sonra Paris qəzetləri yazırdılar ki, guya Azərbaycan ərazisində “əzəmətli” üsyan baş vermiş, amma qüvvələr qeyri-bərabər olduğundan “üsyan” yatırılmışdır. Sual olunur: Paris qəzetlərində belə “əzəmətli” üsyanlar uydurmaq, guya üsyançılarla Sovet qoşunu arasında qanlı toqquşmalar olduğu barədə məlumatlar dərc etdirmək kimin və kimlərin, nə üçün marağındaydı? Bəyəm Azərbaycan adlı bir məmləkətin, hətta indinin özündə belə varlığından xəbərsiz olan Paris əhli üçün Ağdamda və ya qeyri-rayonların birində baş vermiş “əzəmətli” üsyan hansısa maraq kəsb edirdi? Əlbəttə ki yox. Belə qəzet yazıları Rəsulzadə, Topçubaşov və bu qəbildən olan qrant ovçularından başqa heç kəsə lazım deyildi- onlar bu materialları hazırlayıb xarici kəşfiyyat qurumlarına təqdim edirdilər və ordan küllü miqdarda pul alırdılar. Rəsulzadələrin, Topçubaşovların Polşa diktatoru general Pilsudskidən külli miqdarda pul almaları, hətta aylıq məvacib qarşılığında Polşa xüsusi xidmət orqanlarına şpionluq etmələri tarixi faktdır və bununla bağlı arxiv sənədləri mövcuddur.

Комментариев нет:

Отправить комментарий