Страницы

19.02.2019

Yusif Vəzir Çəmənzəminli M.Ə.Rəsulzadənin, Topçubaşovun yaxın silahdaşı olmuş, Müsavat hökuməti devrildikdən sonra belə illərlə Müsavatın Türkiyədəki səfiri vəzifəsini ifadə etmiş, onların xalqın qanı ilə alver edib xaricdə lüks içində yaşadıqlarını gördükdən sonra Müsavat firqəsinə tüpürərək Sovetlər ölkəsinə qayıtmışdır. Çəmənzəminli yazırdı ki, 1920-ci ilin yayında Gəncədə baş verən anti-sovet qiyam zamanı “Tiflisdən gürcü qoşunu gətirməyə gedirik” bəhanəsi ilə aradan çıxmış müsavatçılar Xəlil bəy Xasməmmədov və Məşədi Əli Rəfiyev Türkiyəyə gəldikdən sonra villada xalı-xalça içərisində yaşayırdılar. Çəmənzəminli bu barədə belə yazırdı:

“Müsavatçı Xəlil bəy Xasməmmədov, Məşədi Əli Rəfiyev “Tiflisdən gürcü qoşunu gətirməyə gedirik” bəhanəsi ilə xalqı qan içində buraxıb qaçmışlar. İstanbulda “millət naminə” toplanan pullardan həyatlarını əvvəlkindən daha gözəl qurmağa müvəffəq olmuşlar. Xəlilbəy bir böyük ev icarə edir, xalçalar və mebel alır... Halbuki başqa mühacirlər gündəlik yeməyə möhtac idilər”.

Qeyd edək ki, həmin vaxt İstanbulda Müsavatın səfiri olan Çəmənzəminli dolanışığını təmin etmək üçün zavodda fəhlə işləyirdi. Ortaya sual çıxır: bəs Xəlilbəy hansı xidmətlərin müqabilində villada yaşamaq şərəfinə nail olmuşdu? Təbii ki Gəncədə tökülən nahaq qanların qarşılığında Avropa dövlətlərinin verdiyi istiqrazlar, bugünkü dillə desək, qrantlar hesabına!

Комментариев нет:

Отправить комментарий