Страницы

19.02.2019

Müsavat-ingilis istibdadı zamanı əkinə yararlı torpaq fondu əsasən varlı bəylərin və iri mülkədarların əlində cəmləşmişdi. Məsələn, müsavatçı bəy Şahmalıyevlərin 80 min hektar torpağı var idi. Müqayisə üçün deyək ki, bu Qusar kimi rayonun əkin sahələrindən 3 dəfə böyük ərazi deməkdir. Rusiya kimi torpaq fondu ilə zəngin ölkədə ən böyük mülkədarların torpaq sahəsi 50 min hektarı keçmədiyi halda Rusiyayla müqayisədə xəritədə barmaq ucu boyda görünən Azərbaycanın mülkədarlarının sərəncamında olan ərazilərin ölçüsü az qala 90 min hektara çatırdı (unutmayın ki bu hələ ancaq bir mülkədara məxsus ərazidir). Nəticədə milyonlarla kəndli torpaqsız qalır və çox ağır şərtlərlə ya icarəyə torpaq götürür becərirdi, ya da muzdura çevrilirdi. Liberalların bəyənmədiyi bəyənmədiyi, “işğalçı” adlandırdığı Sovet hökuməti isə quruluşundan cəmi bir həftə sonra Şahmalıyevlər, Zülqədərovlar kimi torpaq “aclarını” çox haqlı olaraq mülkiyyətdən məhrum etdi- cəmi bir sərəncamla 700 min hektar torpağı müsadirə edərək torpaqsız və az torpaqlı kəndlilərə payladı. 1923-cü ilin sonuna kimi iri mülkədarlardan müsadirə olunaraq torpaqsız yoxsul kəndlilərə paylanan torpağın ölçüsü 3 milyon hektara çatdı. Nəticədə bir neçə yüz mülkədar torpaq hüququndan məhrum edilsə də (baxmayaraq ki Sovet hökuməti onların ailələrinin sərəncamında pay torpaqlarını saxladı) bunun müqabilində milyonlarla yoxsul kəndli torpaq sahibi oldu. Beləcə Sovet hökuməti bircə qəpik də haqq almadan kəndlilərin ixtiyarına milyonlarla hektar əkin sahəsi verdi.

Комментариев нет:

Отправить комментарий