Страницы

25.02.2019

Sarkisyan inqilabın olacağını bilirmiş... - ÖLKƏDƏN 500 MİLYON DOLLAR ÇIXARIB

2018-ci ilin aprelində Ermənistanda baş verən “məxməri inqilab” ərəfəsində ölkədən rekord məbləğdə - 500 milyon ABŞ dolları həcmində kapital çıxarılıb.
Bu barədə dünyaca məşhur “Tradingeconomics” analitik mərkəzinin dərc etdiyi hesabatda yazılıb. Mərkəz dünyanın 196 ölkəsi barədə 20 milyondan çox iqtisadi göstərici və yalnız sırf rəsmi mənbələr və rəqəmlərə əaslanaraq hesabatlar hazırlayır və bu səbəbdən məlumatlarının dəqiqliyinə heç bir şübhə edilmir. 
Belə ki, Ermənistanla bağlı dərc edilən hesabat əhali arasında və sosial şəbəkələrdə ciddi müzakirələr yaradıb. Səbəb isə mərkəzin təqdim etdiyi məlumatın sabiq prezident Serj Sarkisyan hökumətinin Nikol Paşinyanın inqilabı barədə əvvəlcədən xəbərdar olduğunu üzə çıxarmasıdır. 
Erməni ekspertlərin fikrincə, Ermənistanın iqtisadi və siyasi elitası yaxınlaşan burulğanlı siyasi proseslər barədə əvvəlcədən məlumatlı olublar və öz pullarını “sığortalayıblar”. “Bütün münasibətlərdə belə bir maraqlı fakt ortaya çıxır: 28 illik müstəqillik tarixində Ermənistandan xaricə rekord kapital qaçışı məhz “məxməri inqilab” ərəfəsində qeydə alınıb. Bu faktın özü hər şeyi izah edir” – erməni politoloq Artur Martirosyan bəyan edib. 
Qeyd edək ki, Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın ötən ilin aprelində başlatdığı kütləvi küçə aksiyaları nəticəsində o zamankı baş nazir (əvvəllər prezident, konstitusiyaya edilən dəyişikliklə əlaqədar parlament üsul-idarəsinə keçildikdən sonra 2018-ci ilin 17-23 aprelində baş nazir) Serj Sarkisyan istefa vermişdi. /moderator.az/

Комментариев нет:

Отправить комментарий