Страницы

09.03.2019

Xalq çarəsizdir, bıçaq sümüyə dirənib!

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -74

Rəfail Ağayev: Sovetdən sonrakı illərdə Azərbaycanda kasıblara məxsus bütün sanballı evlər Rusiyada qazanılan pullarla tikilib.
Ədalət Abdinov: Sosializm qadını ilahiləşdirir, göylərin ucalığına qaldırır, kapitalizm şəraiti isə onu göydən yerə salıb, yerdə tapdalayır!
Rahib Hətəmov: Nicat nə Türkdə, nə Qərbdə, nə də digərlərindədi. Nicat Şiəliyimizi qorumaq və Rusiya ilə ittifaqdadlr. Onda milli-mental dəyərlər qorunub saxlanar.
Nihad Seyidov: Yad dəyərlərə sahib olan ölkələrin Sovet İttifaqına üzv olması mümkünüz idi. Şovinizmi, faşizmi, kapitalist iqtisadi sistemini, Qərbin marionetkalığını özünə “yol” seçmiş ölkələr bu ittifaqa qoşula bilməzdi.
Rauf Qubadov: Putin ən güclü qurumun rəhbəri olub, dünyanın yarısından çoxunu idarə edir- polkovnikdi. Azərbaycanda... daş atsan generala dəyir. Əhalinin sayına görə götürülsə bəlkə də general sayına görə dünyada birincidi. Hansi keyfiyyətə gorədi? Onlar Azərbaycan və azərbaycanlılar üçün nə ediblər?
Əli Şərif: İndiki dövrdə biz xalqların bir-birilə savaşması təhlükəsini hiss edirik, bu da elə içimizdən çıxan həmin faşistlərin sayəsindədir- axmaq dilləri və quş beyinli olmaları ilə. Dost xalqları bir-birindən ayrımaq! Xalqlar bir-birinə düşmən olmalıdır ki, İsrail və Qərb işlərini rahatca görsünlər! Sionistlər ən böyük düşməndir xalqlara!
Hüsü Musayev: Pulsuz təhsilə, pulsuz səhiyyəyə, 13-cü əmək haqqına, işləyib növbəylə ev almağa şıllaq atıb keçinin dalına düşdülər, o keçi də gecəylə xalqı qoydu qaçdı dədəsinin xarabasına, xalqı zəlil günə saldılar.
Yaşar Şahbazov: Heç ağlımız başımıza gəlirmi? Ağzının seliyi axa-axa bankların önündə pul dilənərək müstəqillikdən dəm vururlar, qadın-qızların Türkiyəyə, Dubaya satıldığı vaxtda milli qürurdan dəm vururlar. İldən ilə kütləvi savadsızlaşma getdiyi halda cümhuriyyət xəyalları qururlar.
Əbu Əbəlfəzl: İmam Hüseynə müharibə elan edən heç kimin normal aqibətini nə gördüm, nə eşitdim.
Hikmət Babayev: Amerikanların təqribən 30-40%-i xəritədə öz ölkələrini tapa bilmirlər. Bu barədə dəfələrlə araşdırma videolar çəkilib.
Salman Əliyev: Azərbaycanda hər bir rayonun icra başçısı vəzifəsi üçün taks var. Kim deyə bilər: bu takslar kimlər tərəfindən və hansı rəqəmlərlə, hansı valyuta ilə ölçulur?
Əkrəm Məlikov: Bakıda avtobus marşrutlarından tutmuş metrosu, mağazaları, iş yerləri və xalqın boynuna salınmış ipin bir ucu hamısı gəlmə kürdlərin əlindədir. Və yerli əhalinin bu vəziyyətə düşməyinin səbəbkarı elə onlardır.
Rafiq Cəlilov: Boş vaxtlarımda əhaliyə taksi xidməti göstərirəm. Binəqədi rayonunda yerləşən “Yerazlar qəbiristanlığı”na müştəri aparmışdım, yol boyu yaxşı pul qazanmalarından, yaxınları üçün 7-10 minlik başdaşı qoymalarından, digər “yeraz” qohumlarının (sitat onlara məxsusdur) tutduqları yüksək postlardan, istənilən insanı əzmək, yox etmək iqtidarında olmalarından dövlət dilində xeyli danışdılar. Qəbiristanlıqdan qayıdanda çevirdilər kürd dilinə, təqribən belə başa düşdüm ki, biri mənə 12 manat vermək istəyir, o birisi isə 10 manatın kifayət edəcəyini bildirdi. Axırda dözməyib soruşdum ki, “siz dəqiq yerazsız?”, qayıtdılar ki, “xalisindən”... Belə başa düşdüm ki, “xalis yerazlar” gizli söhbətləri kürd dilində aparırlar. P.S.: O qəbiristanlıq 1992-ci ildə salınıb və orda uyanların 95 faizindən çoxu qərbi azərbaycanlılardır, qəbiristanlığın mollası, mühafizəçisi və baş daşı sexini işlədənlər də həmin bölgədəndirlər.
Fərid Cəfərov: Bir adam ki ağzını cıran adamın ağzını cıra bilməyib gedib onun evinə basqın təşkil elətdirər, tüpürüm həmin adamın şəxsiyyətinə! Bunu qoyaq qırağa, kömək əlini uzadan qonşulara arxa çevirib erməniyə açıq-aşkar yardım edənin dalına girən adamı adam saymaq özü bir qəbahətdi. Torpaqlar işğal olan vaxtda canının qorxusundan hakimiyyəti qoyub qaçan adamdan bəs nə gözləyirsiz? Və sonda, onun yanında olan tulalardan da bundan artıq nəsə gözləmək də ağılsızlıqdı.
Vidadi İsgəndərli: Fövqəladə hallar nazirliyində, gömrükdə, vergidə işləyənlərin 90 faizi eyni tayfanın adamlarıdır. Qərbi Azərbaycandan gəliblər, millətləri də bəlli deyil. Bunların nə qanı qanımızdan deyil, nə canı canımızdan, nə də dini dinimizdən! 2 milyonluq Şirvan bölgəsindən nə bir nəfər polis rəisi var, nə bir prokuror, nə də bir nazir! Hamısı bu tayfanın nümayəndələridir. Biz əvvəl-axır sizi Azərbaycandan qovacayıq- sizin bu torpağa heç bir aidiyyatınız yoxdur!
Rizvan Şıxızadə: Rəhmətlik Əli Nasir deyərdi yazıq Türklər, bəzi millətçi kürdlər onları dünya ilə düşmən edir!
İskəndər Laçınov: Sovet hakimiyyətini dağıdanlara Allah bəla versin. O vaxt bu cür şərəfsizliklər yox idi!
İlqar Bədəlov: Bəzən feysbukda elə adamlara rast gəlirəm ki, rusun tör-töküntüsüylə nəsil artırmış adamdı, amma rusu bəyənmir.
Ruhullah Abbas: Özü ərəb olduğu halda radikal türk millətçiliyi edən “Manaqua” ləqəbli Əbülfəz Əliyev minlərlə gəncin batil əqidə ilə zəhərlənməsinə səbəb olmuş, dost və qardaş İran ilə Azərbaycan arasına nifaq toxumları səpmiş, prezident olduğu müddətdə səriştəsizliyi nəticəsində torpaqların işğalına səbəb olmuş qeyri-ciddi və şərəbxor bir insan idi. Ömrünün son 20 ilini utopik “bütöv az.” xülyasına sərf etdi. Bütün ideologiyası cəfəngiyyatdan ibarət idi. Natamam, dəmdəməki və yüngül bir şəxiyyətə malik idi. Bu günkü pantürkist, turanist, seriyvolkist, anti-şiə, anti-İran zir-zibillər hamısı Əbülfəzin davamçılarıdır və Manaquanın “əməyinin” nəticəsidirlər.
Qoşqar Əhmədov: Hicab söhbətində hicabın qadağan olunmasını istəyənlər, hicablılara xoxan kimi baxanlar, bəyənməyənlər şortik məsələsində geyim azadlığından danışırlar.
Ziya Balıyev: İran çox geridə qalıb. Nə olsun ki ən balaca məhlə dükanına qədər kart sistemiylə işləyir, tibbdə ilk onluqdadır, texnologiyada çox irəliləyib, işsizlik ən aşağı səviyyədədir, lakin küçələrdə qısa geyimli qızlar yoxdur, insanı narahat edən avaralar yoxdur, əyyaşlar yoxdur. Ona görə də geridə qalıb!
Saleh Qəribli: Bitdən başqa heç nədən anlayışı olmayan adam balıq barədə gedən söhbətə müdaxilə eləmək istəsə deyəcək ki: Balığın tükü olsaydı, arasında mütləq bit olardı.
Mehman Mansur: Sovet vaxtı televiziya rəhbərləri normal insanlar idi, indiki telekanalizasiyaların rəhbərləri isə harda pozğun, mənəviyyatsız insan varsa onlardı. Hamısı da əvvəl Azərbaycanda yaşamayan insanlardı, gəldikləri yerin bütün iyrəncliyini, peysərliklərini televiziyaya gətirdilər.
Tahir Cəfərli: Ağıllı insanın borcu olmaz. Borclu insan borc aldığı insanınn qarşısında başı aşağıdır. Dövlət də insan kimidir. Borc almış dövlət borc aldığı ölkənin quludur. Ölkənin borcu varsa, o ölkənin iqtidarı fərsizdir.
Ekososialist: Bu musavatçı güruh elə 1988-dən bəri “azadlıq” deyəndə şüuraltı olaraq Qərbin, ABŞ-ın, Avropanın, NATO-nun bir yerinə girməyi nəzərdə tuturdular.
Şəmistan Şirazi: Türkiyədə yaranıb fəaliyyət göstərən bütün millətçi təşkilatların arxasında Qərb ölkələri durur. Məqsəd Türkiyəni ərəb-müsəlman ölkələrindən və sonra da İrandan tədric edib onların vahid cəbhədən çıxış etməsinə mane olmaqdır. Ona görə də fikir versəniz bütün ərəb və s. müsəlman ölkələrində olan millətçi təşkilatlardan fərqli olaraq təkcə türk millətçiliyi anti-islam mahiyyət daşıyır.
Zaur Musayev: Camaat avtobusa minməyə pul tapa bilmir, bu da deyir türkün türkdən başqa dostu yoxdur)
İlqar Məmmədov: Alparslan Türkeş kimi tanınan şəxs heç türk də deyildi. Keçmiş NATO (agenti) zabiti olan bu şəxsin əsl adı-soyadı Hüseyn Feyzullah idi və Osmanlının Kiprə sürgün etdiyi yəhudi ailəsinin övladıydı. Ona verilən əsas vəzifə Türkiyədə türk gənclərini islam dini ilə sintez edilmiş bir türk milliyyətçliyi adı altında təşkilatlandırıb, türk millətini ərəbləşdirərək Sovet İttifaqına qarşı qalxan kimi istifadə etmək, Türkiyədə kommunizm ideolologiyasının yayılmasının qarşısını almaq idi. 90-cı illərdən sonrakı vəzifəsi isə Sovetlərdəki türk dövlətlərini Sovetə qarşı tirkalamaq, o türk dövlətlərini Sovetlərdən iyrəndirib NATO-nun, Qərbin imperialist dövlətlərinin qucağında oturtmaq idi... Etiraf etmək lazımdır ki, bu mövzuda Azərbaycanda başarılı oldu.
Elxan Xəlilov: Əsl tarixləri oxumaq lazımdır. Biz ölürük kimisə bütləşdirməkdən ötrü. Rəsulzadə mexaniki qurulan bir dövlətin Milli Şurada deputatların səs çoxluğu ilə seçilmiş Şura sədri olub. Nə mübarizə aparıb, nə qan töküb.
Qulu İbrahimli: Ölkənin milyardlarla pulunu dövlətdə və özəl sektorda özlərinə yer salmış FETO qruplaşması “Himmət pulu” adı altında taladı, xaricə çıxartdı. Nə qədər başıboş sahibkar və dövlət məmuru hər ay Gülənçilərə “Himmət pulu” ödəyirdi! Həmin FETO cəmiyyətin savadlı, ziyalı və maddi imkanlı qrupları ilə işləyirdi. Zəncirvuranlar həmin FETO-ya bir qəpik də verməyib.
Zahid Mikayılov: Şəxsən mənim bir insan kimi yetişməyimdə Rus xalqının böyük əməyi var. Ona görə də mənim onlara borcum var.
Qəmlo Əsədullah: Qeyd edim ki Azərbaycanda Sovet vaxtında repressiyaları əsasən yəhudi bolşeviklər təşkil edirdi və onlar elə Rusiyanın özündə də bu repressiyaları həyata keçirirdilər. Bununla birgə Rusiya Gürcüstanla mübahisələri olan Zaqatala dairəsini (Balakən, Zaqatala, Qax) 1922-ci ildə Azərbaycana  qaytarır. Bu dairə 1918-ci ildə Azərbaycan Cumhuriyyətinin tərkibində olsa da, 1920-ci ilə bolşeviklər tərəfindən Gürcüstana verilmişdi. Naxçıvanı da Azərbaycanın himayəsinə verir, Qarabağı da Azərbaycanın tərkibinə salır. Azərbaycan mübahisəli ərazilərin çoxunu öz nəzarətində saxlayır. Dörd mübahisəli ərazidən üçü Azərbaycana qalır. Qalmaya da bilərdi.
Elvin Azəri: Bir sağlam təfəkkürlü şiənin mövqeyi ABŞ və sionist İsraillə eyni ola bilməz. Əgər eyni olarsa, o şiə deyil fitnədir, vəssalam!
Prosta Roma: Azərbaycanda ticarət məhv olub. Aclıq, kasıbçılıq, işsizlik, üstəgəl toylar və yaslara xərc, kommunal xərclər (işıq, su, qaz, telefon) – hər gün ölümü fikirləşib yaşayırıq. Gənclər ailə qura bilmir, qursa da 5-6 aydan sonra boşanırlar, nəticədə pozğunluq baş alıb gedir. Həyat məhv olub gedib, bir dənə 1 manatlıq dönər satanların işi xod gedir. And olsun Allaha, xalq çarəsizdir. Bıçaq sümüyə dirənib.
Tərana Əliyeva: SSRİ dağılanda Rusiya bütün öhdəlikləri öz üzərinə götürdü! 1 qəpik borcu olmayan ölkəni milyardlarla borcla yükləmək 30 ildə... çoxmu ağıl lazım?
Sahib Mingəcevir: Rusiyada 2-ci uşaqdan sonra 7500-8000 dollar ana kapitalı, 3-cü uşaqda kommunalı və sənədləri hazır torpaq sahəsi verilir.
Əhməd Kazimi: Bir müddət öncə Knesset, sionist rejimin parlamenti elan etdi ki, əksər Azərbaycan rəsmilərinin İsrail banklarında sərmayəsi var. Bu çox mühüm məsələdir. Azərbaycan dövlət rəsmiləri, iş adamları öz pullarını hətta Amerika və Avropa banklarına etibar etməyib İsrail banklarında yatırır. Bu məsələ iki dövlət arasında dərin pərdəarxası rabitələrdən danışır.
Aftandil Babayev: Söhbət imtahandan duşmuşkən yadıma duşdu ki, tələbə vaxtı idman dərsində ən azı 3 almaq uçun İnşaatçılardakı stadionu müəyyən vaxt ərzində bir kruq qaçmalı idik. Bu müddətə heç kim o kruqu qaça bilmirdi və məcbur pul verib qiymət alırdı. Sonra uşaqlar dedi ki, sən demə həmin vaxta o məsafəni qaça bilsəydik, olimpiya rekordunu təzələyəcəkdik.
Ramin Cənnətov: İran islamiyyətin son qalasıdır. Əgər düşərsə, vay müsəlmanların halına!
Rüfət Hüseynov: Hər şeyin təzəsi, dostun köhnəsi. Rusun vaxtında ədəb-ərkan var idi. Bu ilk növbədə televiziya aləmində özünü göstərirdi. İndiki dövrdə adam televiziyadan iyrənir. Bəlkə də monqol televziyası bizim televiziyadan yaxşıdı.
Nadir Qocabəyli: Mənim üçün əsas olan liberalizmdən imtinadır. Çünki ona nifrət edirəm, çünki o məni, ailəmi, millətimi məhv edir. Bizi məhv edən qlobal liberalizmdir. Onun mərkəzi Avropa və ABŞ-dır.
Rəşad Azəri: “Türkün türkdən başqa dostu yoxdur”-  bəlkə də düz deyir. Evin tək oğludu. 3 dənə də bacısı var: amerka israil ərəbistan.
Rusfer Eynullayev: Ailələrin dağılmasının əsas səbəbkarı türk seriallarıdır. Hələ cizgi filmlərini demirəm, ailəsinin sözündən çıxmağı, axmaq-axmaq vərdişləri öyrədir uşaqlara.
Zeynəb Cəfərli: İndi hamı işsizlikdən, dolanışıqdan əziyyət çəkir və ən aktual, gündəmdə olan problemdi bu. Amma heç fikirləşirsinizmi niyə Sovet dövründə belə deyildi?! Niyə o vaxt hamıya iş vardı, niyə dolanışıq normal idi?! Bir sözlə, niyə bütün kasıb-kusub dediyimiz əhali bəy balası kimi dolanırdı? Bunu fikirləşib cavab tapanda mənə də deyin...

Комментариев нет:

Отправить комментарий