Страницы

29.04.2019

Hizbullah: Ər-Riyad rejimi ABŞ-ın və İsrailin cinayətlərini dəstəkləyir

Livanın "Hizbullah" müqavimət hərəkatının baş katibinin müavini Şeyx Naim Qasim Səudiyyə Ərəbistanını Yaxın Şərqdəki qeyri-sabitliyin kökü kimi təsvir edib.
Şeyx bildirib ki, Ər-Riyadda mövcud olan rejim ABŞ-ın və İsrailin bölgədəki cinayətlərini dəstəkləyir: "Səudiyyə rəsmiləri Amerika-İsrail rejiminin cinayətlərini yoxsul insanların ciblərindən ödəyir. Səudiyyə kralı ölkəni pisliyin səltənətinə çevirib. Səudiyyə pulları Amerika-İsrail tərəfində olan agentlərdən əlavə regiondakı bütün böhranlar və problemlərin arxasında dayanır". /eastnews.org/

Комментариев нет:

Отправить комментарий