Страницы

29.04.2019

Liviya müftisi fitva verdi: Pullarınızı qatil Səudiyyə rejiminin cibinə tökməyin

Liviya müftisi Sadil əl-Ğaryani Səudiyyə Ərəbistanını tənqid edən açıqlama verib.
Müfti Liviya xalqından Səudiyyə zülmlərinə etiraz etmək üçün bu mövsüm Həcc mərasimində iştirak etməməyi istəyib: "Mövcud vəziyyətdə öz xalqını qətlə yetirən rejimi dəstəkləməmək üçün bir neçə dəfə həcc və ümrədən imtina edin. Mən bir dəfə Həccə gedənlərə müraciət edirəm. Bundan sonra pulunuzu Yəməndə və Liviyada dinc sakinləri qətliam edən Səudiyyə rejiminin cibinə tökməyin. Şərait yaratmayın bu qətliamları bundan sonra Sudan, Əlcəzair və Tunisdə də törətsinlər. Dünyanın heç bir yeri Səudiyyə Ərəbistanının fəsadından amanda deyil. Səudiyyə öz puluyla dünyanın hər yerində fəsad yaymaqla məşğuldur. Mən bu fətvanın məsuliyyətini Allah və öz aramda qəbul edirəm. Liviya xalqına və bütün müsəlmanlara bu müraciəti edirəm". /eastnews.org/

Комментариев нет:

Отправить комментарий