Страницы

05.05.2019

Bakıda "seks turizmi": Ərəblər oraya qrup halında gəlirlər

"Hazırda Hollandiya və digər ölkələrdə olduğu kimi ölkəmizdə də qadınların durduğu və özlərini təklif etdiyi küçə var"

Bakıda bəzi gecə klubları ərəb ölkələrindən olan müştərilərə xidmət göstərmək sahəsində ixtisaslaşıb. Bunu açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (ATA) rəhbəri Nahid Bağırov Azərbaycanda "seks turizmi" probleminin inkişafını şərh edərkən bildirib.
Bağırov bildirib ki, bu sahədə bir neçə gecə klubu fəaliyyət göstərir: "Onlar Həsən Əliyev küçəsində, "erməni qəbiristanlığı"nın yaxınlığında yerləşir. Turistlər yüngül əxlaqa malik yerli qadınlarla tanış olmaq üçün bu klublara az qala qruplar halında gəlirlər".
Qeyd etmək lazımdır ki, ölkədə turizmin canlanması ilə Bakının Nizami küçəsində həyat daha da maraqlı olub. Bu küçədə dünyanın ən qədim peşəsinin sahibləri heç kimdən çəkinmədən öz xidmətlərini xarici vətəndaşlara təqdim edirlər.
Qiymətlərin elə də yüksək olmadığı nəzərə alınsa, çətin ki, çox adam onların xidmətindən imtina etsin. Bu sözlərin təsdiqi kimi ərəb turistlərin hotel nömrələrində pulsuz oyanaraq "sevgi kahinləri"nin qurbanı olması hallarını xatırlamaq olar.
Bu arada Bağırov qeyd edib ki, o şəxsən qadınların Nizami küçəsində əcnəbi turistlərlə qiymət məsələsində sövdələşməsinin şahidi olub: "Mən şəxsən ərəblərin bizim qadınlara yaxınlaşması və onlara əxlaqsız təklif etməsinə əmin olmaq üçün müşahidə aparırdım. Mən belə bir halın şahidi olmuşam. Həmçinin Nizami küçəsində qızların skamyada əyləşərək ərəblərin onlara yaxınlaşmasını gözlədiklərini də görmüşəm. Hətta bunu telefona da çəkmişəm".
Onun sözlərinə görə, yerli qızlar özləri əcnəbilərlə ünsiyyətə fəal şəkildə daxil olurlar. Azərbaycan Turizm Assosiasiyasının rəhbəri hüquq-mühafizə orqanlarını əməli tədbirlər görməyə və qadınları ərazidən uzaqlaşdırmağa, həmçinin faktiki olaraq fahişəxana olan gecə klublarını bağlamağa çağırıb.

sputnik.az

Комментариев нет:

Отправить комментарий