Страницы

05.05.2019

Xızı icra başçısının müəmma dolu həyat yolu: Ali təhsili belə yox imiş…

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun ali təhsilinin olmaması barədə sosial şəbəkələrdə məlumat yayılıb. Cumhuriyyetr.az xəbər verir ki, icra başçısının heç bir təhsilə yiyələnmədiyi barədə yayılan məlumatlar isə müzakirə mövzusuna çevrilib. Belə ki, icra başçısı Xəzər Aslanovun “vikipediya”da və icra hakimiyyətinin rəsmi saytında haqqında yazılan məlumatlara baxış keçirərkən onun təhsili barədə heç bir informasiyanın yerləşdirilmədiyi məlum olub. Bundan sonra başçının təhsilsiz olması barədə iddialar daha geniş yayılmağa başlayıb.
Məsələ ilə bağlı Xızı Rayon İcra Hakimiyyətinin başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Əzizov a24.az-a açıqlamasında bildirib ki, X.Aslanovun təhsilsiz olması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: “Ali təhsilsiz, nəinki icra başçısı, hətta icra nümayəndəsi də təyin etmək mümkün deyil. X.Aslanov Kənd Təsərrüfatı Akademiyasının (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) politologiya ixtisasını bitirib. Neçənci illərdə tələbə olduğunu bilmirəm. Sıradan bir icra nümayəndəsi və digər vəzifəli şəxsin ali təhsilinin olması vacibdirsə, icra başçısının ali təhsilli olmasının vacibliyinə söz ola bilməz. Bunu bilməyə cüzi dünyagörüşü lazımdır”. A.Əzizov icra başçısının tərcümeyi-halının yenilənmiş formada tezliklə “vikipediya”da və qurumun saytında yerləşdiriləcəyini də qeyd edib.
Bu yazı saytımızda dərc olunduğu vaxt hələ də vikprdiada həmin məlumat yerləşdirilməmişdi. Amma cumhuriyyet.az olaraq icra başçısının rəsmi tərcümeyi halını diqqətə çatdırmağı vacib bildik:
“6 iyun 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1987-ci ildə Xırdalan Südçülük savxozunda fəhlə kimi başlamış və 1988-ci il tarixə kimi həmin müəssisədə çalışmışdır. 1988-ci ildə Bakı şəhər Məhkəməsində katib işləmiş, 1988-1990-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1990-1992-ci illərdə “İRS” kooperativində Beynəlxalq Əlaqələr şöbəsinin inspektoru, 1992-ci ildə “Fədai” kooperativinin sədri, 1992-1994-cü illərdə “Aslan R.Q” k/m-da kommersiya direktoru, 1994-cü ildə “ER-COMPANY LTD”-də mütəxəssis, 1994-2002-ci illərdə Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyində əməliyyatçı, 2002-2003-cü illərdə “European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, 2003-2005-ci illərdə “European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, 2005-2006-cı illərdə Xanlar (indiki Göygöl) Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 2006-cı ilin aprel ayından oktyabr ayınadək isə Xanlar Rayon İcra Hakimiyyəti başçısının I müavini, 2006-2012-ci illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Xızı Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edilmişdir”.
İndi isə cumhuriyyet.az olaraq bu rəsmi tərcümeyi haldan çıxan məntiqi siallar:
1. İcra başçısı 17 yaşında fəhlə (orta məktəbdə oxumalı deyildimi?) işlədiyi halda, 18 yaşında necə paytaxt məhkəməsində katib işləyib?
2. Hərbi xidmətdən gəldikdən sonra heç bir ixtisası və ali təhsili olmadan müxtəlif özəl müəsisələrdə necə yüksək vəzifələr tuta bilib?
3. Bütün ömrü boyu əmək fəaliyyətində olan Xəzər Aslanov ali təhsilə hansı illərdə vaxt tapıb?
4. …və ən nəhayət: Kənd Təsərrüfatı Akademiyasının (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) politologiya ixtisası deyilən fakültəsi yoxdur!!! (məlumat üçün bax:  http://www.adau.edu.az/undergraduate-programs )
Qeyd edək ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin ikinci müddəasına əsasən, yerli icra hakimiyyətinin başçısı təyin edilən şəxsin ali təhsilli olması zəruridir.

Комментариев нет:

Отправить комментарий