Страницы

26.07.2019

Jirinovski: Gürcüstanın bütün ərazisini işğal etmək lazım idi

Bunu Rusiya Liberal Demokrat Partiyasının (LDP) lideri Vladimir Jirinovski Tsarqrad telekanalının Moskva ilə Tbilisi arasındakı münasibətlərlə bağlı sualını cavablandırarkən deyib.
O həmçinin təxribatlara elə cavab verməyə çağırıb ki, heç kim “Rusiyanı aşağılamağa cəsarət etməsin”. “Bütün Gürcüstanı işğal etmək lazım idi. Saakaşvilini həbsə almaq, onu burada müharibənin başlanmasına görə mühakimə etmək və Giorqadzeni (Gürcüstanın keçmiş dövlət təhlükəsizliyi naziri, Mixail Saakaşvili rejimi ilə mübarizə aparan Ədalət partiyasının üzvü İqor Giorqadze - red.)- Rusiyanın tərəfdarını hakimiyyətə gətirmək lazım idi”, - deyə Jirinovski bildirib.
Siyasətçi çox sayda rus əsgərinin öldürüldüyünü də xatırladıb. Gürcüstan. Orada bizim ordumuz dururdu. Niyə çıxardılar? Yaxşı, müharibə... Hələ müharibəyə qədər onlar bizim 100 hərbi qulluqçumuzu məhv etdilər. Təkcə Sxinvalidəki sülhməramlıları yox, həm də  Abxaziyadakıları. Ərazidə hansısa düşərgələr yaradılırdı, orada Abxaziyanı müdafiə edə biləcək adamlara təlim keçirdilər. 100 nəfər adamı...”, - RLDP sədri vurğulayıb.
“Gürcüstan sakit rejimdə olardı, bizə sakit sərhədlər lazımdır. Əgər müharibəni başlayırlarsa, onda biz onu sərt şəkildə  dayandırmağa məcburuq”, - deyə V.Jirinovski əlavə edib.
Üstəlik millət vəkili “önləyici xarakter” daşıyan profilaktik tədbirləri də istisna etməyiblər. “Mütləq sərt cavab tədbirləri lazımdır ki, heç kəs hətta düşünməyə belə cəhd etməsin ki, bizim ölkəmizi necəsə aşağılamaq olar”, - deyə Jirinovski fikrini yekunlaşdırıb. /ednews.net/

Комментариев нет:

Отправить комментарий