Страницы

06.12.2019

Diyanətə gələn FETÖ şikayətlərinin silindiyi aşkarlandı

Eastnews.org-un verdiyi xəbərə görə, 15 İyul dövlət çevrilişi cəhdinin ardınca Diyanətə fətullahçılarla bağlı gələn şikayət e-poçtlarının olduğu fayl silinib. Diyanət hadisədən 3 il sonra istintaq başladıb.
16-21 iyul 2016-ci il tarixlərini əhatə edən dövrdə "disiplin@diyanet.gov.tr" ünvanına gələn şikayət e-poçtları kimliyi məlum olmayan şəxs və ya şəxslər tərəfindən silinib. Türkiyə Diyanət İşləri İdarəsi Təftiş Komissiyasına gələn şikayətin ardınca hadisədən düz 3 il sonra istintaq başladıb. Diyanətin verdiyi açıqlamaya görə, istintaq hələ ki, başa çatmayıb.
Hadisə çevriliş cəhdindən sonra Diyanət içərisindəki FETÖ-çülərlə bağlı şikayət "mail"lərinin həddindən çox artması ilə başlayıb. Diyanətin açıqlamasına görə, gələn "mail"lərin çox olması "mail" qutusunun tutumunu doldurduğu vaxt "FETÖ" şikayətləri və digər şikayət "mail"lərinin bir-birindən ayrılmasına qərar verilib. Bu ayırma prosesi vaxtı "FETÖ" şikayətlərinin olduğu dosyenin əlaqədar kompyuterdə yer almadığının fərqinə varılıb. Daha sonra araşdırmalar nəticəsində şikayət "mail"lərinin olduğu qovluq tapılsa da, bu dəfə də qovluğun içərisinin boş olduğu ortaya çıxıb.
Bunun ardınca 22 avqust 2016-cı ildə Strateji İnkişaf Kollegiya İdarəsinə müraciət edilərək kompüterlərin araşdırılması tələb olunub. Araşdırma nəticəsində, İnsan Resursları Baş İdarəsinə yazılan cavab yazısında, "Sözügedən faktların "disiplin@diyanet.gov.tr" hesabının şifrəsini bilən şəxs və ya şəxslər tərəfindən silindiyi ortaya çıxıb, bu vəziyyət CD-dəki şifrəli fayllar içində ətraflı şəkildə izah edilmiş olub, CD şifrəsi əlaqədar idarə rəisinə təslim edilmişdir",- deyilib. İnsan Resursları Baş İdarəsi isə verdiyi açıqlamada, silinən şikayət "mail"lərinin bərpa edildiyi, ancaq, hadisənin kimlər tərəfindən edildiyinin məlum olmadığı bildirilib.
Diyanət hadisənin hər nə qədər "səhvən" olduğunu bildirsə də şikayət "mail"lərinin silinməsinə dair istintaq başlanıldığı bildirilib /odatv.com/

Комментариев нет:

Отправить комментарий