Страницы

21.01.2020

“Elçibəyin dəstəsində Fəzail kimi təxribatçılar vardı” - Zərdüşt Əlizadədən Fəzail Ağamalıya AĞIR SÖZLƏR

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı  kulis.az-a müsahibəsində görkəmli ziyalı Xudu Məmmədovla xatirələrindən danışıb. O, bildirib ki, X.Məmmədovla ikinci görüşü 1988-ci ilə təsadüf edib: "Xudu Məmmədov elə həmin tarixdə vəfat etmişdi. Dram teatrının yanında bir muzeydə yığıncaqdaydıq. Orda xalq hərəkatı haqqında söhbətlər gedirdi. Xudu Məmmədov da millətini sevən alim idi. Çox da nəhəng alim. Orda onu əsəbiləşdirdilər... Zərdüşt Əlizadə onu əsəbiləşdirdi. Və ordaca Xudu Məmmədovun ürəyi partladı. Bu bizim son görüşümüz idi. Xudu Məmmədov orda Milli Azadlıq Hərəkatına sədaqətini nümayiş etdirirdi. Zərdüşt Əlizadə də onun əleyhinə getdi. Xudu müəllim də möhkəm əsəbiləşdi".
Tanınmış politoloq Zərdüşt Əlizadə modern.az-a açıqlamasında Fəzail Ağamalının səsləndirdiyi ittihama münasibət bildirib: "Fəzailin heç xəbəri yoxdur ki, həmin muzey dahi bəstəkar Üzeyir Hacıbəyovun ev muzeyidir. Heç o həmin tədbirdə olmayıb. Sadəcə ucundan-qulağından eşitdiklərini özünə sərf edən şəkildə danışır. Həqiqətən də orada Xalq Cəbhəsinin yaradılması ilə bağlı iclas keçirilirdi. İclasda Azərbaycanın bir neçə görkəmli ziyalısı - Fərhad Bədəlbəyli, kinorejissor Eldar Quliyev və Xudu Məmmədov iştirak edirdi. Təxminən 70-ə yaxın adam vardı. Görüş zirzəmidə təşkil edilmişdi. Hətta pilləkənlərdə də insanlar əyləşmişdi. Görüşdə Xalq Cəbhəsinin proqram layihəsini öz əlimlə yazıb, çap edib genişləndirmişdim. Onu maddə-maddə oxudum. Mən oxuyub qurtarandan sonra rəhmətlik Xudu müəllim ayağa durdu və dedi: "Biz gərək ehtiyatlı olaq. Bizim qarşımızda qəddar və amansız rəqib var. Çalışmalıyıq ki, qarşıdurma, toqquşma olmasın. Hər şey qanun çərçivəsində olmalıdır". Bu vaxt Xudu müəllim əyləşəndə bir də gördüm ki, xırıldayır. Həkim komandası tez onu yuxarı qaldırdı. Sonra təcili yardım gəldi və dedilər ki, Xudu müəllim artıq keçinib. Məlum oldu ki, bu Xudu Məmmədovun keçirdiyi 3-cü infaktdır. Bundan əvvəl 2 dəfə infakt keçirib".
Zərdüşt Əlizadə həmin görüşdə olan adamların bir çoxunu xatırladığını deyir: "Amma Fəzail Ağamalını orada görməmişdim. Nemət Pənahlı İsa Qəmbərlə, rəhmətlik Məhəmməd Hatəmi qızılbaşlar dəstəsilə gəlmişdi. Xudu Məmmədovu II Fəxri Xiyabanda torpağa tapşıranda xeyli adam vardı. Mən də orda idim. Çox təəssüf edirdim ki, onun kimi görkəmli ziyalı, xalqını sevən insan dünyasını dəyişdi. Sözün düzü, ürəyimdə belə arzu vardı ki, Xalq Cəbhəsinin sədri Xudu Məmmədov olsun. Elə alındı ki, Əbülfəz Elçibəy başının dəstəsi ilə AXC sədri oldu. Başının dəstəsində isə Fəzail Ağamalı kimi təxribatçılar vardı".
Zərdüşt Əlizadə Fəzail Ağamalının ünvanına bir sıra ağır sözlər də işlədib...

Комментариев нет:

Отправить комментарий