Страницы

01.01.2020

Stalin repressiya həyata keçirmirdi - o SSRİ düşmənlərini və satqınlarını məhv edirdi

B.Q.Solovyevin və V.V.Suxodeyevin “Sərkərdə Stalin” kitabından bir parça

“Təəccüblüdür, amma biz bəzən fərqində belə deyilik ki, adətən Rusiyaya və onun xalqına yaxşılıq arzulamayan kəslərin bizə sırıdığı leksikadan istifadə edirik. Öz daxili düşmənləri, ona və xalqına pislik arzulayanlarla mübarizə aparan ölkə başçısının hərəkətlərinə  həqiqətən də ləkə yaxmaq kimə sərfəlidir? Qabağa getmək üçün həqiqətən də repressiyalar həyata keçirmiş Xruşova. Buna görə də Stalin ona yazmışdı: “Qurtar, axmaq”. Xruşova, ondan ötrü ki öz günahını həyatdan köçmüş SSRİ rəhbərinin üzərinə qoysun.
“Repressiyalar” sözünün geniş yayılmasında  ən çox canfəşanlıq edənlər isə Soljenitsin kimi Sovet əlehdarı olan yazıçılar olub. Onlardan əlavə istisnasız olaraq bütün Qərb sosioloqları və tarixçiləri. Elə bizdə də indiyə kimi nədənsə yaranmış “Stalin repressiyaları” memindən istifadə edirlər. Onda niyə “cadugər ovu” dövründə Amerika repressiyalarından danışılmır? Elə həmin amerikalılar heç bir araşdırma aparmadan yapon əsilli şəxsləri tərksilah edib nəzarət altında saxlayanda bəs? Məhkəməsiz və istintaqsız, sadəcə yapon qanına aid olmalarına yönələrək? Axı məhz bu repressiyadır! Elə ingilis dar ağaclarını, fransız  gelyatinlərini, müharibəyə qədər alman konslagerlərini, yəhudi terrorunu da yada salmaq olar... Hələ britaniyalıların onlara tabe olan müstəmləkə ərazilərində apardıqları repressiyalar zamanı milyonlarla günahsız qurbanlardan danışmırıq... Amma yox, bu kimi faktları Qərb liberalları nədənsə yada salmırlar, bu haqda danışdıqda isə onlardan “repressiya” sözünü duymazsan.
Heç bir “Stalin repressiyaları” olmayıb. Sovet düşmənləri – sionistlərlə, trotskiçilərlə və hər cür liberallarla ağır mübarizə olmuşdur. Və məhz görülmüş təhlükəsizlik tədbirləri sayəsində biz həmin sioistlər, trotskiçilər və liberalların bizə sırıdığı amansız müharibəni uda bildik.
“Repressiyalar” haqqında mifin başdan ayağa uydurma olmasını dəqiq təsvir edən gözəl bir meyar var. Bu İ.V.Stalinin ölüm xəbərinin elan edilməsi zamanı insanların kütləvi şəkildə qəlbdən keçirdikləri hüzn hissidir.
Bütün tarixi təcrübə göstərir ki, sinfi mübarizə, xüsusilə inkişafın dönüş hüdudlarında, qəddar və amansızdır. Onun dəyirman daşına təkcə düşmənlər deyil, həm də günahsız insanlar düşür.
Son illər ölkəmizdə bir qrup insanın misli görünməmiş, sürətli şəkildə varlanması xalqın genosidinə, olduqca böyük miqyasda – ildə milyon yarıma qədər - məhvinə, bir çox Sovet insanlarının əməyinin bəhrəsinin qarət edilməsinə əsaslanır. Sinfi mübarizə müasir dövrdə özünü bunda büruzə verir. Bunu görməmək kor olmaq deməkdir. “Demokratik” propaqanda əlindən gələni edir ki, bu faktları pərdələsin, onları xalqdan gizlətsin. O, məkrli inadkarlıqla həm də 30-cu illərin “repressiyalarının” tarixi şərtlərini, sinfi mahiyyətini gizlətməyə çalışır.
“Repressiyalar” haqqında məsələni dərindən araşdırmaq üçün bu problemin, heç olmasa üç ən vacib aspektini gözdən keçirmək gərəkdir. Birincisi, dəqiqliklə müəyyənləşdirmək lazımdır ki, “repressiyalar” əsaslandırılmışdımı, ağır dövlət cinayətləri törətmiş şəxslərə qarşımı yönəlmişdi, bu şəxslər layiq olduqları cəzanı çəkmişdilərmi? Yoxsa “repressiyalar” günahsız insanlara üz vermişdi - onların qurbanları fəhlə və kəndli sosialist dövlətinin tərəfdarları olmuşdu? Bu prinsipial məsələdir və cavabı “repressiyaların” özünün qanuni yoxsa cinayət tərkibli olması haqda mülahizələr üçün müəyyən məna kəsb edir.
Bu məsələ Xruşov, onun ardıcılları, müasir “demokratlar” tərəfindən son dərəcə təhrif edilmiş və dolaşıq salınmışdır. Bu məsələdə həqiqəti bərpa etmək üçün əlindən gələni etmək lazımdır. Ölkənin keçmiş tarixində çox şey bununla bağlıdır, eləcə də bunun həlli bizim cəmiyyətin ideoloji, mənəvi həyatının və inkişaf perspektivlərinin əsasları üçün tale əhəmiyyətli məna kəsb edir. sakitcə üstündən keçilirlidir.
“Repressiyalar” probleminin ikinci vacib tərəfi onların miqyasıdır. Bura rəqəmlər vakxanaliyası və dəhşətli uydurmalarla doludur. Elementar sağlam məntiqə sığmayan, inanılmaz ölçülərə qədər şişirdilmiş rəqəmlər göstərilir. Və bunlarla bərabər tamamilə etinasizlıq göstərilir; qəsdən, demək olar ki, bu haqda əldə olan, rəsmi və olduqca həqiqi məlumatlar total şəkildə  gizlədilir.
“Demokratlar” tərəfindən belə bir mülahizə geniş tirajlanıb ki, əslində 30-cu illərdə sosilaizm işində bu qədər hədsiz dönüklük ola bilməzdi, həmçinin partiya və dövlət hakimiyyətinin yuxarı eşelonlarında köhnə bolşeviklər tərəfindən belə satqınlıq mümkün olmazdı. Amma sonrakı illərin təcrübəsi bu mülahizələrin əsaslılığını tamamilə inkar edir. Partiyaya rəhbərlik edən nüvənin - baş katib Qorbaçov, Siyasi Büronun üzvləri Yakovlev, Şevarnadze, Siya Büroya kandidat Yeltsin və digərlərinin – sosialzim işinin satqınları, böyük ölkənin dağıdıcıları kimi göstərdikdən sonra bizim yaxın keçmişdəki tragik yenidənquruculuq və reform təcrübəsini hesaba almamaq olmaz. Unutmaq olmaz ki, partiyanın və dövlətin rəhbər kadrlarının əksəriyyəti onların cinayətkar yolu ilə getdilər. Bu hadisələr və onların ölkənin və xalqın taleyi üçün ağır nəticələri bizim gözlərimizin qarşısında baş verdi. Bəs nəyə görə bugün Sovet hökumətinin tarixinin ilk mərhələlərində ayrı-ayrı xadimlər tərəfindən belə satqınlıqların doğruluğunu aprior şəkildə istisna etməliyik? Və “demokratların” ardınca həmin 30-cu illərdə aparılmış “repressiyaların” -hansı ki qanuni şəkildə dövlət əleyhinə, Sovetlər əleyhinə fəaliyyətlərin qabağını almağa yönlənmişdi- vacibliyini və qaçılmaz olduğunu inkar etməliyik. Bu tarix dərslərinin nəzərə alınması “repressiyalar” probleminin araşdırılmasında iştirak etməlidir.
İndi heç olmasa ümumi oxşarlıqlar, repressiyalar probleminin üçüncü tərəfi - cəzaların ağırlığı əsas məqsədin nailiyyətlərinə, ildırım kimi yaxınlaşan qırıcı müharibə təhlükəsi şəraitində ölkənin xilas olunmasına uyğun idimi? - üzərində dayanaq. Həyata keçirilmiş repressiyaların ağır tədbirləri özünü doğrultdumu və onlar vacib idimi? Hər şeydən əvvəl, müəyyənləşdirmək lazımdır ki, onlar hansı cinayətlərə qarşı tətbiq olunmuşdu. Cəzanın ağırlığı uyğun olmalıdır, cinayətin ağırlığından irəli gəlməlidir. Nə Xruşov, nə də onun ardıcılları həm 30-cu, həm də ondan sonrakı illərdə bizim ölkədə şaxtalar partladılmasını, buğda anbarlarının yandırılmasını, sərnişin və yük qatarlarının yoldan çıxarılmasını, polislərin və cəza verənlərin alman işğalçılarına xidmət etməyə yollandıqlarını, onların Sovet insanlarını satdıqlarını və öldürdüklərini sübut edən danılmaz faktları inkar edə bilmədilər. Axı bütün bunlar konkret insanlar tərəfindən törədilirdi. Bunların tək-tük hadisələr olmasını iddia etmək gülməlidir. On minlərlə fakt sübut edir ki, bu sinfi mübarizənin təzahürüdür.
Dövlətin maraqlarını və bütövlüyünü, xalqın və yaxınlaşmaqda olan, sonralar isə davam edən müharibə şəraitində sosializmin maraqlarını qoruyan hakimiyyət buna necə cavab verməli idi?

Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

eco-socialistsofazerbaijan.blogspot.com

Комментариев нет:

Отправить комментарий